Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Bərk Məişət Tullantılarının İdarəçiliyi sahəsində Hüquqi Çərçivə İslahatı üzrə məsləhət xidmətləri PDF faylını al Çap E-poçt

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN
(MƏSLƏHƏT XİDMƏTLƏRİ – ŞİRKƏTLƏRİN SEÇİMİ)

Azərbaycan Respublikası
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

Tapşırığın adı: Bərk Məişət Tullantılarının İdarəçiliyi sahəsində Hüquqi Çərçivə İslahatı

Müqavilənin nömrəsi: C-18

Azərbaycan Hökuməti Dünya Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə əlavə maliyyələşmə almış və bu kredit vəsaitinin bir hissəsini məsləhət xidmətlərinə tətbiq etmək niyyətindədir.

Məsləhət xidmətlərinə (“Xidmətlər”) Azərbaycanda BMTİ sahəsinə dair mövcud hüquqi və tənzimləyici çərçivəyə edilən dəyişikliklərin qiymətləndirilməsi, təklif olunması və layihələndirilməsində Azərbaycan Hökumətinə kömək göstərilməsi və Tullantıların İdarəçiliyinə dair Milli Strategiyanın həyata keçirilməsini asanlaşdırmaq daxildir. Milli Strategiya ilə yanaşı yeni hazırlanacaq hüquqi çərçivə və Böyük Bakı regionu üçün yenilənmiş strategiya gələcək investisiyalar, məqsədlər, fəaliyyət və yeni obyektlərin inkişafının və xidmətlərin çatdırılmasının fəaliyyət hədəfləri üçün əsas yaradacaq. Regional investisiya plan və proqramları (bu məsləhət xidmətlərinə aid deyil) milli məqsədlərin regional təşəbbüs və hədəfə çevrilməsi üçün təkmilləşdiriləcək. Aparıcı faktor və təşəbbüslərin bu kombinasiyası ilə aşağıdakılara nail olunması gözlənilir: Bərk məişət tullantılarının inkişaf etdirilmiş idarəçiliyi üçün təkmilləşdirilmiş institusional çərçivəni yaratmaq; Yerli xidmət təminatçılarını bərk məişət tullantılarının idarəçilik xidmətlərində daha da çox və bariz formada cavabdeh etmək; İlkin olaraq, tullantıların toplanması və utilizasiyası üzrə təcrübələrin təkmilləşdirilməsinə, xüsusi ilə də rayon və bələdiyyələrin regional poliqon xidmət qruplaşmalarının inkişafına fokuslaşmaq; Bacarıqların inkişafı və potensialın gücləndirilməsi üzrə kifayət qədər büdcənin və iqtisadi resursların ayrılması üçün genişləndirilmiş imkanlara yol açmaq; Milli Strategiyada müəyyənləşdiriləcək hədəf irəliləyişlərinə bütün ölkə üzrə nail olmaq məqsədi ilə tələb olunan mühüm maaliyyəşməni əldə etmək üçün geniş vasitələr təmin etmək; Səmərəli və davamlı ictimai əlaqə və təbliğat kompaniyalarını təsis etmək; Xidmətlərin təmin edilməsində və yeni obyektlərin inkişafında özəl sektorun iştirakı üçün əlverişli şərait yaratmaq.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu münasib məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) xidmətlərin göstərilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq təcrübə və ixtisaslara malik olduqlarını nümayiş etdirən məlumatları təqdim etməlidirlər.


Seçim üçün meyarlar aşağıdakılardır: AB bərk məişət tullantılarının idarəçiliyi və ətraf mühitin mühafizəsinə dair qanun və qaydalarının məzmun və inkişafındakı təcrübə də daxil olmaqla bərk məişət tullantılarının idarə edilməsinin hüquqi aspektləri, ətraf mühit normalarına uyğun qanunvericilik və tənzimlənmə sahəsində təcrübə; hüquqi çərçivələrin nəzərdən keçirilməsi və yeni qanun layihələrinin hazırlanması sahəsidə təcrübə; BMTİ sistemləri (planlaşdırma, dizayn və BMTVİ proqramlarının xüsusi elementlərinin fəaliyyət monitorinqi (toplanma, ötürülmə, bərpa və utilizasiya daxil olmaqla)) sahəsində təcrübə.

Maraqlı məsləhətçilərin diqqəti Dünya Bankının maraqların toqquşmasına dair siyasətini müəyyən edən Dünya Bankından Borc Alanlar tərəfindən Seçim və İşə qəbul ilə bağlı Təlimatların (Yanvar, 2011) (“Məsləhətçi Təlimatları”) 1.9 bəndinə yönəldilir.

Məsləhətçilər iş keyfiyyətlərini artırmaq üçün birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər şirkətlərlə birləşə bilərlər.

Seçim Məsləhətçi Təlimatlarında müəyyən olunmuş Keyfiyyət Əsasında Seçim (KƏS) üsulu ilə həyata keçiriləcəkdir.

Ətraflı məlumatı iş saatları ərzində (Bazar ertəsindən Cümə gününədək saat 09:00-dan 18:00-dək) aşağıda göstərilən ünvandan əldə etmək olar.

Maraq məktubları 3 oktyabr 2014-cü il tarixinədək Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq yazılı şəkildə (şəxsən, poçt və ya email vasitəsilə) aşağıdakı ünvana göndərilməlidir.


Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Hüseynqulu İsmayılov, Satınalma üzrə mütəxəssis
Xocalı pr. 55, AZ1025, Bakı, Azərbaycan
Tel: (+99412) 4644156
Faks: (+99412) 4644157
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
İnternet səhifə: www.iswm.az

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft