Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Azərbaycanda məişət tullantılarının zərərsizləşdirilməsi üçün ilk sanitar poliqon tikilib PDF faylını al Çap E-poçt
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Balaxanı məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu müasir ekoloji-sanitar normalara uyğun şəkildə tam bərpa edilmişdir. Balaxanı poliqonunun növbəti 20 il müddətində istismarı məqsədilə ən yüksək beynəlxalq standartlara cavab verən sanitar poliqonuna çevrilməsi istiqamətində tikinti işlərinin həyata keçirilməsinə 2015-ci ilin əvvəlində başlanılmışdır. Poliqonun “Böyük Şor” gölünün sahilində və mürəkkəb relyefi olan bir ərazidə yerləşməsinə baxmayaraq bərpa və tikinti işləri müvəffəqiyyətlə icra olunmuşdur. Poliqonların reabilitasiyası işləri Türkiyənin “Gökşin İnşaat” və Yunanıstanın "Mesogeos S.A." şirkətləri konsorsiumu tərəfindən həyata keçirilmişdir. Aparılan bərpa işləri nəticəsində 60 hektara yaxın ərazidə torpaqlama işləri yekunlaşmış və müvafiq olaraq 2.9 mln. m² material bütövlüklə xüsusi müxtəlif təyinatlı (geogrid, geotekstil, geomembran və s.) təcrid layları ilə örtülmüşdür. Ümumilikdə poliqon üzrə tullantıların zərərsizləşdirilməsi üçün 26 xüsusi hücrə inşa edilmiş və inşa olunan ərazidə təxminən 9.7 mln ton tullantıların zərərsizləşdirilməsi imkanı yaranmışdır. Eyni zamanda, Balaxanı poliqonunda çirkab və yağış sularının və bioqazların toplanması məqsədilə 40 km-ə yaxın müxtəlif ölçüdə yüksək sıxlıqlı polietilen borular, 15 xüsusi lyuk, çirkab suların ilkin təmizlənməsi üçün tutumları müvafiq olaraq 1500 m3 və 400 m3 olan 2 hovuz, 3 km uzunluğunda xəndəklər, 400-dən çox qaz bacalarından ibarət şəbəkə qurulmuşdur. Poliqon ərazisində tullantılardan əmələ gələn çirkab sularının təmizlənməsi məqsədilə gündəlik istismar gücü 80 m3 olan əks osmos tipli xüsusi təmizləyici qurğu sahədə inşa edilmişdir. Eyni zamanda, formalaşan bioqazların toplanması və enerjiyə çevrilməsi məqsədilə vahid istilik və enerji qurğusu yerləşdirilmişdir. Poliqon ərazisində həmçinin abadlıq və eroziyanın qarşısının alınması üçün yaşıllaşdırma işləri aparılmışdır. Qeyd edək ki, tikinti-bərpa işlərinə texniki nəzarət Almaniyanın “Fichtner” şirkəti tərəfindən həyata keçirilmişdir.







 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft