Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Suraxanı və Qaradağ rayonları ərazisində yerləşən tullantı poliqonları bərpa olunmuşdur PDF faylını al Çap E-poçt

İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Suraxanı və Qaradağ rayonlarının inzibati ərazisində yerləşən “Təmiz Şəhər” ASC-nin tabeçiliyindəki fəaliyyəti dayandırılmış tullantı poliqonunda bərpa işləri görülmüşdür.

Poliqonların reabilitasiyası işləri Türkiyənin “Gökşin İnşaat” şirkəti tərəfindən həyata keçirilmişdir. Suraxanı rayonu ərazisindəki poliqonda əvvəllər atılmış 250 min m3 tullantı zərərsizləşdirmə sahəsinə toplanmış, 155 min m2 sahədə torpağın hamarlanması işləri görülmüşdür. Qaradağ rayonu ərazisində yerləşən poliqon üzrə isə əvvəllər atılmış 326 min m3 tullantı zərərsizləşdirmə sahəsinə toplanmış və 60 min m2 sahədə torpağın hamarlanması işləri görülmüşdür. Hər iki poliqon ərazisi hasarlanmışdır.

Poliqonlarda beynəlxalq standartlara uyğun olaraq qaz, hava və su keçirməyən süni qatlar daxil olmaqla qazların və suların (o cümlədən çirkab sularının) toplanması və zərərsizləşdirilməsi üçün örtük sistemləri, mexaniki və elektrik qurğular vasitəsilə çirkab sularının toplanması sistemləri, eləcə də suvarma sistemləri quraşdırılmışdır.

Qeyd edək ki, reabilitasiya işlərinə texniki nəzarət Almaniyanın “Fichtner” şirkəti tərəfindən həyata keçirilmişdir.

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft