Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Tərəfdaşlar PDF faylını al Çap E-poçt

Ekodenge Environmental Consultancy and Engineering MMC., Türkiyə

Ətraf mühit idarəçiliyi, mühəndislik və layihələndirmə sahəsində işləyən, mühəndislik və məsləhət xidmətləri göstərən Ekodenge şirkəti 1996-cı ildə  təsis olunmuşdur. Ekodengenin təsisçiləri 80-ci illərdən başlayaraq ətraf mühit üzrə fəal fəaliyyət göstərən peşakarlardır. Ekodengenin ətraf mühit üzrə fəaliyyəti AB siyasətinin və strategiyasının çərçivəsində formalaşmışdır.  Ekodenge əsasən tullantıların idarəçiliyinə, çirklənmənin qarşısının alınması və nəzarətinə, məhsulun vahid  siyasəti və həyati siklinin qiymətləndirilməsinə diqqət yetirərək, fikrini siyasətin inkişafına, təhsilə, ətraf mühit texnologiyaları üzrə məsləhət xidmətlərinə, elmi-tədqiqatlara və inkişafa yönəldir. Ekodenge enerji, informasiya sistemləri, memarlıq – inşaat, və sənaye sahəsində ekoloji problemlərin həlli üçün vahid yanaşma tədbiq edir.

 

Eptisa Servicios de Ingenieria, S.L., İspaniya

Eptisa müştəriyə tam şəkildə xidmət göstərmək üçün nəqliyyat, su və ətraf mühit, inşaat, energetika və sənaye sahələrində kompleks layihələri həyata keçirən; cəmiyyətin davamlı inkişafı istiqamətində irəliləyiş, əhalinin rifah halının artması üçün texnoloji bilik, yaradıcılıq, innovasiya və ən son texnologiyaları tətbiq edən mühəndislik, memarlıq və informasiya texnologiyaları üzrə beynəlxalq şirkətdir. Eptisa 1956-cı ildə mühəndislik üzrə müstəqil şirkət olaraq təsis olunmuşdur və bu sektorun ən qədim şirkətlərindən biri sayılır. Eptisanın öz  strukturuna 50 il ərzində müxtəlif şirkətlərin və biznes istiqamətlərini əlavə etməsi layihələrə qabaqcıl və çoxsahəli perspektiv baxımından yanaşmaya və müştərilərin ehtiyaclarına ən yaxşı çözüm axtarmağa imkan verir.

 

Integrated Skills, Birləşmiş Krallıq

Integrated Skills Birləşmiş Krallıqda və 60-dan çox digər ölkələrdə tullantıların idarəçiliyi, ətraf mühit, mühəndislik və ÜMS/İT üzrə geniş sayda yüksək keyfiyyətli məsləhət xidmətləri və proqram təminatı təqdim edir. Şirkət 1993-cü ildə hökümətə və sənaye sektoruna ətraf mühit üzrə, xüsusilə də tullantıların idarəçiliyi və ekoloji xidmətlər sahəsində məsləhət və idarəçilik xidmətləri təmin etmək üçün Mike Betts və Nick Crick tərəfindən yaradılmışdır. Integrated Skills adı yenilikçi innovative yanaşmanın genişləndirilməsi üçün müxtəlif istiqamətlərin istifadəsindən yaranıb. Fəaliyyəti dövründə şirkət Birləşmiş Krallıqda və beynəlxalq səviyyədə məsləhət xidmətləri sahəsində güclü əsas yaratmışdır.

 

HPC, Yunanıstan 

hpc-logo60 ildən artıqdır ki, HPC yenidənqurma, ərazilərin bərpası, infrastrukturun planlaşdırılması sahəsində kompleks geoloji və mühəndis xidmətləri, həmçinin özəl və dövlət müştəriləri üçün ətraf mühit üzrə məsləhət xidmətləri təklif etmişdir. HPC Inogen Ekoloji İttifaqın və AMM-nın (Alman Memarları və Mühəndisləri) təsisçilərindən biridir.

 

ACEP MMC., Azərbaycan

ACEP1998-ci ildə Bakı şəhərində ətraf mühit üzrə yaradılmış müstəqil şirkətdir. Azərbaycanda qurulmuş ilk özəl şirkətlərdən biri olan ACEP ətraf mühit üzrə yoxlamalar və məsləhət xidmətləri, ətraf mühitin mühafizəsi və ətraf mühitə təsirin qiymətləndirilməsi kimi geniş sayda xidmətlər təqdim edir. Şirkət həmçinin aşağıdakı işlərin həyata keçirilməsini təmin edir: ətraf mühitin hazırkı vəziyyətinin, torpaq və su sahələrinin qiymətləndirilməsi vasitəsilə materialların toplanması və informativ-analitik təhlili, dəniz sularının kompleks tədqiqatı, monitorinqi və yoxlanılması, hidrogeoloji, geoloji, topoqrafik tədqiqatların həyata keçirilməsi.

 

Resources and Waste Advisory Group

Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş Resources & Waste Advisory Group şirkəti tullantıların  idarəçiliyi və ətraf mühit ilə əlaqədar məsləhət xidmətləri üzrə seçilmiş təcrübəyə malik olan  beynəlxalq məsləhət qrupudur. RWA Group ətraf mühit üzrə məsləhət xidmətlərinin göstərilməsində və pulun qiymətləndirilməsində qüvvəni birləşdirmək və müvəffəqiyyətə nail olmaq məqsədi ilə üç təşkilat tərəfindən yaradılmışdır. RWA Group resursların/tullantıların idarəçiliyi sektorunun bir sıra məsələləri üzrə ofis və çöl işləri sahəsində təcrübəyə malikdir.

 

COWI A/S, Danimarka

COWI Fondunun əsas səhmdarı olduğu COWI A/S özəl məhdud məsuliyyətli şirkətdir. COWI yaxın 80 il ərzində bütün dünyada dövlət və özəl müştəriləri üçün müstəqil çoxsahəli məsləhət xidmətləri göstərmişdir. Şirkətin əsas fəaliyyəti ənənəvi mühəndislikdən tutmuş ekoloji elmə və müasir iqtisadi təhlilə kimi üç xidməti sahə çərçivəsində yerləşir. COWI 175-dən çox ölkədə 65.000-dən çox layihə həyata keçirmişdir. COWI diqqətini müştərilərə və cəmiyyətə məsləhət xidmətlərimizin ümumilikdə verdiyi əlavə dəyərlərə yönəltmişdir.

 

Baker Tilly Azərbaycan

“Baker Tilly Azərbaycan” şirkəti audit və konsultasiya xidmətləri göstərən müstəqil firmaların qlobal şəbəkəsi olan Baker Tilly International şirkətinin üzvüdür.  Şirkətin missiyası hərtərəfli texniki bacarıqların nümayiş etdirilməsi və tapşırıqların əla səviyyədə yerinə yetirilməsi ilə mürəkkəb biznes mühitinin tələblərinə cavab verməkdir. Azərbaycanın biznes mühitinin yerlərdə dərindən başa düşülməsini və beynəlxalq təcrübəni izləmək, təhlil etmək, həll yolları təklif etmək bacarığımızla birləşdirərək, “Baker Tilly Azərbaycan” şirkəti Azərbaycanın yerli bazarında üstün olmaq yollarını araşdıran hər hansı şirkət üçün seçim tərəfdaşıdır.

 

“YUQA MOTORS” MMC, Azərbaycan

“YUQA MOTORS” MMC şirkətin fəaliyyəti əsasən respublikamıza frontal yükləyici, avto və qülləli kran, buldozer, özüboşaldan yük maşını, yolbasan, yəhərli dartıcı, betonqarışdıran, avtopompa və s. kimi ağır teknikaların, həmçinin texnikaların təminatını və satışını təşkil etmək üçün ehtiyyat hissələrini idxal etməkdən ibarətdir. Şirkət 2007-ci ildən Çin Xalq Respublikasının ən qabaqcıl şirkətlərindən olan “Xuzhou Construktion Machinery Group İmp & Exp Co.LTD” və “China National Heavy Duty Truck Croup Jinan Truck Co LTD”, ABŞ-ın “CNH INTERNATIONAL S.A.”, Fransanın “VANDEL SAS” kimi tanınmış şirkətlərin Azərbaycanda yeganə rəsmi distribyutorudur.

 

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft