Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Layihə haqqında ümumi məlumat PDF faylını al Çap E-poçt

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na müvafiq olaraq Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə 5 illik layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Hökuməti tərəfindən İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı arasında “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi üzrə 20 may 2009-cu il tarixdə Kredit sazişi imzalanmışdır. Bu layihə Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsinə xidmət edəcəkdir.

Layihənin əsas məqsədi Bakı şəhəri ərazisində effektiv və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının toplama və zərərsizləşdirmə fəaliyyətinin həyata keçirilməsi, mövcud tullantı poliqonlarında ekoloji vəziyyətin yaxşılaşdırılması, əməliyyat, idarəetmə və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, tullantıların yığılması xidmətinin əhatə dairəsinin genişləndirilməsi və eyni zamanda məlumatların toplanması və planlaşdırılmasıdır.

Layihə aşağıda göstərilən 5 komponent üzrə həyata keçirilir:

• İnstitusional islahatlar, potensial quruculuğu və layihənin idarə edilməsi;
• Balaxanı poliqonunun bərpası və idarə edilməsi;
• Digər zibilxanaların bağlanması və idarə edilməsi;
• Bakı şəhəri ərazisində zəif xidmət göstərilən rayonlar üçün təcili tullantı yığım avadanlıqlarının təchizi;
• Gələcək investisiyalar üçün texniki hazırlıq.

10 yanvar 2014-cü il tarixdə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davamı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb.

2014-2016-cı illəri əhatə edən Əlavə Maliyyələşdirməyə dair Saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzun müddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və otürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.

 

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft