Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Sanitar poliqonlar və ötürücü məntəqələrə dair layihə sənədlərinin hazırlanması üzrə texniki məsləhətçinin seçimi PDF faylını al Çap E-poçt

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN
(MƏSLƏHƏT XİDMƏTLƏRİ)

Azərbaycan
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ)
Layihəsi Layihənin İdarəetmə Qrupu (LİQ)
Sanitar poliqonlar və ötürücü məntəqələrə dair layihə sənədlərinin hazırlanması üzrə texniki məsləhətçinin seçimi
Kredit №: 7549-AZ
Layihə ID №: P110679

Maraq Məktublarının Qəbul Edilməsi

İqtisadi İnkişaf Nazirliyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini sanitar poliqonlar və ötürücü məntəqələrə dair layihə sənədlərinin hazırlanması üzrə texniki məsləhətçinin seçiminə yönəltmək niyyətindədir. Xidmətin müddəti 16 aydır.

Xidməti tapşırığın əsas məqsədi “Bakı şəhəri ərazisində tullantı poliqonlarının, o cümlədən Balaxanı poliqonunun bərpasına və/və ya bağlanılmasına dair layihələndirmə” və “Ötürücü məntəqələr və yeni poliqon əraziləri layihələrinin hazırlanması“ işlərini həyata keçirən məsləhətçilərin fəaliyyətinin idarə olunması üzrə Layihənin İdarəetmə Qrupuna (LİQ) hərtərəfli texniki dəstək təmin etməkdir.

Beynəlxalq mütəxəssisin xüsusiyyətləri aşağıda qeyd olunmuşdur:

Tapşırıq işi tam qənaətbəxş şəkildə təmin edəcək beynalxalq mütəxəssis tərəfindən həyata keçiriləcək. Mütəxəssis mühəndis, geologiya və ya digər müvafiq sahələr üzrə magistr dərəcəsinə və müvafiq işlər üzrə ən azı 15 illik peşəkar təcrübəyə və ən azı 3 beynalxalq layihələr üzrə iş təcrübəsinə malik olmalıdır. Aşağıda verilənlər texniki məsləhətçidən tələb olunan minimum keyfiyyətlərdir:
a) Regional təcrübəyə və ya ən azı oxşar bölgələrdə və şəraitdə təcrübəyə malik olanlara üstünlük veriləcək.
b) İngilis dili biliyi.
c) Bərk məişət tullantıları üzrə poliqon ərazilərinin tədqiqatı, qiymətləndirilməsi və layihələndirilməsinin bütün formaları üzrə təcrübə.
d) Ötürücü məntəqələrin layihələndirilməsi və istismara verilməsi üzrə təcrübə.
e) Sanitar poliqon, təklif olunan yeni zərərsizləşdirmə və ötürücü məntəqələrin ərazilərində aparılan tikinti xərclərinin dəqiq qiymətləndirilməsi üzrə təcrübə.

Layihənin İdarəetmə Qrupu (LİQ) mütəxəssisləri qeyd olunan texniki xidmətlərin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Mütəxəssislər öz tərcümeyi-hallarını təqdim etməlidirlər.

Məsləhətçilərin seçim prosesi Dünya Bankının təlimatlarında göstərilən Maddə V, fərdi məsləhətçilərin seçilməsi prosedurlarına əsasən “Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatları”nın cari variantına – (2004-cü il may ayı, 2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında yenidən qəbul olunmuşdur) müvafiq olaraq aparılacaqdır.

Məsləhətçilər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər (Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri saat 09:00-dan 18:00-a kimi). Tərcümeyi-hallar elektron və ya çap olunmuş şəkildə təqdim oluna bilər.

Maraq məktubları 15 sentyabr 2011-ci il tarixinədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.

Bərk Məişət Tullantıları Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Satınalma üzrə Mütəxəssis Hüseynqulu İsmayılov
AZ1025, 55, Xocalı pr. 55, AGA İş Mərkəzi, Bakı, Azərbaycan
Tel: (+99412) 464 4156
Fax: (+99412) 464 4157
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft