Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Dünya Bankının maliyyələşdirdiyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi çərçivəsində LİQ-n müvafiq iş heyəti üçün təlim proqramının hazırlanması üzrə məsləhət xidmətləri PDF faylını al Çap E-poçt

Maraq məktublarının qəbul edilməsinə dair elan (Məsləhət xidmətləri)

AzərbaycanBərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi (BMTVİL)
Layihə İdarəetmə Qrupu (LİQ)
Dünya Bankının maliyyələşdirdiyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi çərçivəsində LİQ-n müvafiq iş heyəti üçün təlim proqramının hazırlanması üzrə məsləhət xidmətləri
Kredit №: 7549-AZ
Layihə ID №.: P110679 
Maraq Məktublarının Qəbul Edilməsi

Azərbaycan Höküməti Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini məsləhət xidmətlərinin satınalınmasına yönəltmək niyyətindədir. 7 günlük təlim proqramının hazırlanması, o cümlədən mühazirələr, təlim səfərləri, müzakirələr, praktiki tapşırıqlar və s. xidmətlərə daxildir. Əsas məqsəd – iştirakçıların bərk məişət tullantılarının idarə edilməsinə və tətbiq olunan texnologiyaların mənimsənilməsinə dair dərin və təfsilatlı təcrübənin toplanması və beləliklə layihə çərçivəsində və layihənin icrası müddətindən sonra bərk məişət tullantılarının idarə edilməsi üzrə qərarların qəbul edilməsi və nəticələrin çıxarılması üçün iştirakçılara təlimatların verilməsidir.

İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış LİQ-u məsləhətçi şirkətləri qeyd olunan xidmətlərin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Xidmətlərin həyata keçirilməsində maraqlı olan məsləhətçi şirkətlər müvafiq təcrübə və ixtisaslarını göstərən məlumatları (broşür, bənzər xidmətlərin təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumatlar və s.) təmin etməlidirlər. Məsləhətçi şirkətlər təyinat üzrə işlərin yerinə yetirilməsi üçün konsortsium qura bilərlər.

Məsləhətçi şirkətlərin seçim prosesi Dünya Bankının satınalma təlimatlarında göstərilən prosedurlara əsasən “Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatları”nın cari variantına – (2004-cü il may ayı, 2006-cı ilin oktyabrında yenidən qəbul olunmuşdur) müvafiq olaraq Məsləhətçinin Kvalifikasiyası (MK) metodu ilə aparılacaqdır.  

Məsləhətçi şirkətlər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər  (Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri (Bakı vaxtı ilə) saat 18:00-a kimi).

Maraq məktubları 17 avqust 2011-ci il tarixinədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi (BMTVİL)
Satınalma üzrə Mütəxəssis Hüseynqulu İsmayılov
Xocalı pr. 55, Bakı AZ1025, Azərbaycan 
Tel: (+99412) 4644156
Faks: (+99412) 4644157
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Veb səhifə: www.iswm.az

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft