Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Ötürücü məntəqələr və yeni poliqon əraziləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi üçün məsləhət xidmətləri PDF faylını al Çap E-poçt

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN
(MƏSLƏHƏT XİDMƏTLƏRİ)

Azərbaycan
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Layihə İdarəetmə Qrupu (LİQ)
Ötürücü məntəqələr və yeni poliqon əraziləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi üçün məsləhət xidmətləri 
Kredit №: 7549-AZ
Layihə ID №: P110679

Maraq Məktublarının Qəbul Edilməsi

İqtisadi İnkişaf Nazirliyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini ötürücü məntəqələr və yeni poliqon əraziləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi üçün məsləhət xidmətlərinin satınalınmasına yönəltmək niyyətindədir. Xidmətin müddəti 12 aydır.

Xidmətin əsas məqsədi Bakı şəhəri ərazisində layihələndirilməsi və tikintisiplanlaşdırılan yeni poliqon və ötürücü məntəqə əraziləri üzrə ekoloji və sosial təsirin qiymətləndirilməsi  (ESTQ) fəaliyyətinin həyata keçirilməsidir. Azərbaycan Respublikası qanunvericiliyinə və ümumi təcrübəyə əsasən ESTQ, layihələndirilməsi və tikintisi planlaşdırılan zərərsizləşdirmə təsisatları və ötürücü məntəqələrlə əlaqədar  potensial ekoloji və sosial təsir məsələlərinin həllinə yönəlməlidir.

Tapşırıq məsləhətçi şirkətin təqdim etdiyi və yuxarıda göstərilən vəzifə və fəaliyyətlərin yerinə yetirilməsi üçün tələb olunan işin lazımi şəkildə icrasını tam təmin edəcək sahə və dəstək qrupunu təşkil edən beynəlxalq və yerli mütəxəssislərdən ibarət heyət tərəfindən həyata keçiriləcəkdir. Məsləhətçi şirkətin təklifində xüsusilə müəyyənləşdiriləcək və bu tapşırıq üçün təmin ediləcək əsas heyət üçün tələb olunan minimum ixtisaslar aşağıda göstərilmişdir: 

Qrup rəhbəri – Ətraf mühit üzrə baş mütəxəssis – İnşaat və ya ətraf mühit mühəndisliyi və ya digər müvafiq sahələrdə ən azı magistr dərəcəsinə  15 illik müvafiq iş təcrübəsi və xüsusilə bərk məişət tullantılarının idarəçiliyi və ekoloji / sosial  qiymətləndirmə sahəsində AB-in direktivlərinə müvafiq olaraq aparılmış ən azı 3 beynəlxalq layihədə təcrübəyə  malik olan (ekspertlərdən ibarət çoxsahəli qrupda fəaliyyət göstərmiş) təcrübəli layihə rəhbəri; (Qrup rəhbəri digər mütəxəssislərin bütün fəaliyyətlərini  nizamlayacaq və  Sifarişçi ilə münasibətlərdə əlaqələndirici şəxs qismində çıxış edəcəkdir.) 

• Texniki məsələlər üzrə baş mütəxəssis  - Ən azı bakalavr elmi dərəcəsi və bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonları və ötürücü məntəqələrin qiymətləndirilməsi, layihələndirilməsi və istismarı üzrə ən azı 10 illik təcrübəyə malik olan ixtisaslaşmış inşaat/ətraf mühit üzrə mühəndis; 

• Maliyyə və iqtisadi məsələlər üzrə baş mütəxəssis – Xüsusilə ətraf mühitə təsirin azaldılması ilə əlaqədar poliqon və ötürücü məntəqə tikintisi üçün tikinti və əməliyyat xərclərinin hesablanması və maliyyə planlaşdırılmasının qiymətləndirilməsi üzrə ən azı 10 illik təcrübəyə malik olan ixtisaslaşmış maliyyə və iqtisadi məsələlər üzrə mütəxəssis. 

• Sağlamlıq və təhlükəsizlik üzrə baş mütəxəssis – Tibb, iş və əmək  təhlükəsizliyi, ekoloji idarəçilik, insan resurslarının idarə olunması sahəsində və ya digər müvafiq sahələrdə ən azı magistr dərəcəsinə malik olan təcrübəli və ixtisaslaşmış sağlamlıq və təhlükəsizlik üzrə mütəxəssis;  Bərk məişət tullantılarının toplanması, ötürücü sistemlər, təkrar emal sistemləri, poliqonların layihələndirilməsi, bərpası və tullantıxanaların bağlanılması üzrə AB-in direktivlərinə müvafiq olaraq sağlamlıq proqramlarının planlaşdırılması və həyata keçirilməsi üzrə ən azı 10 illik beynəlxalq peşəkar təcrübə;  Ekoloji və sosial təsirin qiymətləndirilməsi prosedurları üzrə biliklər.

• ESTQ ictimai müzakirələri üzrə mütəxəssis – Kommunikasiya, ictimai əlaqələr, ekoloji idarəçilik, ətraf mühit mühəndisliyi və ya digər müvafiq sahələrdə ən azı magistr dərəcəsinə malik olan; Ətraf mühitin mühafizəsi, infrastrukturun inkişafı, sosial inkişaf, ictimai əlaqələr üzrə ən azı 10 illik peşəkar təcrübəyə malik olan; Bərk məişət tullantılarının idarəçiliyi məsələlərinin həlli ilə əlaqədar ən azı 3 beynəlxalq layihədə çoxsahəli mütəxəssis qruplarında iştirak edən təcrübəli və ixtisaslaşmış ictimai müzakirələr üzrə mütəxəssis.

Layihənin İdarəetmə Qrupu (LİQ) məsləhətçi şirkətləri qeyd olunan xidmətlərin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Xidmətlərin həyata keçirilməsində maraqlı olan məsləhətçi şirkətlər müvafiq təcrübə və ixtisaslarını göstərən məlumatları (broşür, bənzər xidmətlərin təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumatlar və s.) təmin etməlidirlər). Qafqaz və keçmiş Sovet İttifaqı  regionunda və beynalaxalq qurumlar tərəfindən maliyyələşdirilən layihələrdə təcrübəyə malik olan namizədlərə üstünlük veriləcəkdir. Məsləhətçi şirkətlər təyinat üzrə işlərin yerinə yetirilməsi üçün birlik qura bilərlər. 

Məsləhətçi şirkətlərin seçim prosesi Dünya Bankının satınalma təlimatlarında göstərilən prosedurlara əsasən “Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatları”nın cari variantına – (2004-cü il may ayı, 2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında yenidən qəbul olunmuşdur) müvafiq olaraq Keyfiyyət və Qiymət Əsasında Seçim (KQƏS) metodu ilə aparılacaqdır.

Məsləhətçi şirkətlər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər.  (Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri saat 09:00-dan 18:00-a kimi).

Maraq məktubları 22 iyun 2011-ci il tarixinədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Maraq məktubları elektron və ya çap olunmuş şəkildə təqdim oluna bilər.

Bərk Məişət Tullantıları Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Satınalma üzrə Mütəxəssis Hüseynqulu İsmayılov
Xocalı pr. 55, Bakı AZ1025, Azərbaycan 
Tel: (+99412) 4644156
Fax: (+99412) 4644157
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Web: www.iswm.az

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft