Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

BMTVİ Layihəsi üzrə Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb PDF faylını al Çap E-poçt

Yanvarın 10-da Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davamı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb. Sənədi İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Dünya Bankının ölkə menceri Larisa Leşenko imzalamışlar.

2014-2016-cı illəri əhatə edən Əlavə Maliyyələşdirməyə dair Saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzun müddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və otürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı"na əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" həyata keçirilir. Layihənin əsas məqsədi Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarəçiliyi sisteminin təkmilləşdirilməsi, mövcud tullantı poliqonlarında ekoloji vəziyyətin yaxşılaşdırılması, əməliyyat, idarəetmə və kommunikasiya sahələrinin inkişaf etdirilməsi, tullantıların toplanması xidmətinin əhatə dairəsinin genişləndirilməsi, effektiv və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının vahid idarəçiliyi sisteminin təmin edilməsidir. 2009-cu ildən etibarən həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində 40 iri qeyri-qanuni tullantı sahəsi təmizlənərək təqribən 500 min ton tullantı Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmış, Bakı şəhərinin 6 rayonu (Sabunçu, Suraxanı, Qaradağ, Pirallahı, Xəzər və Binəqədi) üçün müxtəlif həcmli 3239 ədəd tullantı konteyneri və 29 ədəd tullantı maşınları alınmış, Balaxanı poliqonu müvafiq texnika və avadanlıqlarla təchiz edilmiş, Qaradağ və Suraxanı poliqonlarının reabilitasiyası üzrə işlərə başlanmışdır. Həmçinin, Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik strategiya layihəsi və toplama sisteminin təkmilləşdirilməsi planı hazırlanmış, ölkədə bərk məişət tullantılarının idarəçiliyi üzrə ilkin araşdırmalar aparılmışdır.

 

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft