Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Xəbərlər
Tullantıların idarə olunması sahəsində təhsil imkanları genişləndirilir PDF faylını al Çap E-poçt

kamal and faigNorthampton Universiteti Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Anlaşma Memorandumunun imzalanmaqla beynəlxalq əməkdaşlığını daha da inkişaf etmişdir.

Northampton Universitetinin rektor müavini Nik Petford 24 mart 2014-cü il tarixində AzMİU rektoru Professor Gülçöhrə Məmmədova ilə işçi sənədini imzalamışdır. İki universitet tələbə mübadiləsi üzrə əməkdaşlığı formalaşdırır və bu əməkdaşlıq həmçinin biliklərin ötürülməsi fəaliyyətləri və birgə tədqiqat imkanlarına təkan verəcəkdir.

Tullantıların davamlı idarə edilməsi üzrə beynəlxalq aləmdə Mütərəqqi Mərkəz kimi tanınan Northampton Universiteti əməkdaşlığa rəhbərlik edir və AzMİU özünün Mütərəqqi Mərkəzinin yaradılması üçün Northamton Universitetinin yolu ilə getmək arzusundadır. Hər iki Universitet arasında əməkdaşlıq edilməsi təşəbbüsü bu yaxınlarda Northampton Universitetinin məzunu olan və İqtisadiyyat və Sənaye Nazirliyinin Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsində ətraf mühit və tullantıların idarəedilməsi üzrə mütəxəssis vəzifəsində çalışan Faiq Sadıqova məxsusdur. Faiq Sadıqov Northampton Universitetini bitirən ilk Azərbaycanlı tələbədir və o Azərbaycanın tullantılar üzrə ilk strategiyanın yazılmasında mühüm rol oynamışdır. 

Memorandumun imzalanmasına AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, professor Fəqan Əliyev (Mühəndislik kafedrasının müdiri) və Arif Nəcimov (xarici proqramlar şöbəsi), Northampton Universiteti tərəfindən Ruth Kopeland-Filips (Elm və Texnologiyalar Kafedrası) şahidlik etmişlər. 

Northampton Universiteti tələbələr üçün qlobal təcrülərin əldə edilməsi üçün beynəlxalq əməkdaşlıq üzrə etibarlı tərəf sayılır.

 

http://www.northampton.ac.uk/news/university-of-northampton-furthers-international-reach-by-signing-memorandum-of-understanding-with-azerbaijan-university-of-architecture-and-construction

 
BMTVİ Layihəsi üzrə Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb PDF faylını al Çap E-poçt

Yanvarın 10-da Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davamı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb. Sənədi İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Dünya Bankının ölkə menceri Larisa Leşenko imzalamışlar.

2014-2016-cı illəri əhatə edən Əlavə Maliyyələşdirməyə dair Saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzun müddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və otürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı"na əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" həyata keçirilir. Layihənin əsas məqsədi Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarəçiliyi sisteminin təkmilləşdirilməsi, mövcud tullantı poliqonlarında ekoloji vəziyyətin yaxşılaşdırılması, əməliyyat, idarəetmə və kommunikasiya sahələrinin inkişaf etdirilməsi, tullantıların toplanması xidmətinin əhatə dairəsinin genişləndirilməsi, effektiv və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının vahid idarəçiliyi sisteminin təmin edilməsidir. 2009-cu ildən etibarən həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində 40 iri qeyri-qanuni tullantı sahəsi təmizlənərək təqribən 500 min ton tullantı Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmış, Bakı şəhərinin 6 rayonu (Sabunçu, Suraxanı, Qaradağ, Pirallahı, Xəzər və Binəqədi) üçün müxtəlif həcmli 3239 ədəd tullantı konteyneri və 29 ədəd tullantı maşınları alınmış, Balaxanı poliqonu müvafiq texnika və avadanlıqlarla təchiz edilmiş, Qaradağ və Suraxanı poliqonlarının reabilitasiyası üzrə işlərə başlanmışdır. Həmçinin, Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik strategiya layihəsi və toplama sisteminin təkmilləşdirilməsi planı hazırlanmış, ölkədə bərk məişət tullantılarının idarəçiliyi üzrə ilkin araşdırmalar aparılmışdır.

 

 
Bakı şəhərində tullantıların toplanması və daşınması sistemi təkmilləşdirilir PDF faylını al Çap E-poçt

İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin yaxşılaşdırılması məqsədilə Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı və Pirallahı rayonları üçün yeni tullantı konteynerləri alınmışdır.

Bu məqsədlə keçirilmiş beynəlxalq tender müsabiqəsinin qalibi Türkiyənin “AKMETAL” şirkəti ilə müqavilə imzalanmış və təchizatçı tərəfindən Türkiyədə istehsal olunmuş 0.5m3 həcmli 1391 ədəd və 1.1 m3 həcmli 1848 ədəd tullantı konteynerləri Bakıya gətirilmiş və müvafiq rayonlara təhvil verilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərinin 6 rayonun təchizatının yaxşılaşdırılması məqsədilə 29 ədəd tullantı daşıyan maşın alınmışdır.

 
Bakı şəhəri üçün tullantıdaşıyan maşınlar alınıb PDF faylını al Çap E-poçt

İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin, eləcə də 6 rayonun (Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Pirallahı) texniki təchizatının yaxşılaşdırılması məqsədilə tullantıdaşıyan maşınlar alınmışdır.

Bu məqsədlə keçirilmiş beynəlxalq tender müsabiqəsinin qalibi Türkiyənin "Hidro-Mak" şirkəti ilə müqavilə imzalanmış, Türkiyədə istehsal olunmuş və həcmi 16m³ olan Ford markalı 29 ədəd tullantıdaşıyan maşın Bakıya gətirilmişdir.

Layihə çərçivəsində alınmış tullantıdaşıyan maşınların 5-i Binəqədi rayonu, 2-si Qaradağ rayonu, 8-i Xəzər rayonu, 6-sı Sabunçu rayonu, 7-si Suraxanı rayonu və 1-i Pirallahı rayonu üçün ayrılmış və müvafiq rayon icra hakimiyyətlərinə təhvil verilmişdir.

 
Qaradağ və Suraxanı rayonlarında yerləşən tullantı poliqonlarında reabilitasiya işlərinə başlanılıb PDF faylını al Çap E-poçt

Qaradağ və Suraxanı rayonlarında yerləşən tullantı poliqonlarında reabilitasiya işlərinə başlanılıb

İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Qaradağ və Suraxanı rayonlarının inzibati ərazisində yerləşən “Təmiz Şəhər” ASC-nin tabeçiliyindəki fəaliyyəti dayandırılmış iki tullantı poliqonunun reabilitasiya işlərinə başlanılmışdır. Bu məqsədlə Türkiyənin “Gökşin İnşaat” şirkəti ilə müqavilə imzalanmışdır. 

Hər iki poliqonda əvvəllər atılan tullantılar təmizlənərək torpağın hamarlanması işləri görüləcək, mühafizə bəndləri salınacaq, ərazi hasarlanacaq, daxili yollar və elektrik xətləri çəkiləcək, suvarma sistemi, bioqaz quyuları quraşdırılacaq və digər zəruri işlər həyata keçiriləcəkdir.  

Poliqonlarda həmçinin qaz, hava və su keçirməyən süni qatlar daxil olmaqla qazların və suların (o cümlədən çirkab sularının) toplanması və zərərsizləşdirilməsi üzrə örtük sisteminin quraşdırılması, o cümlədən mexaniki və elektrik qurğular vasitəsilə çirkab sularının toplanması sistemlərinin yaradılması nəzərdə tutulur. 

2014-cü ilin yay aylarında başa çatdırılacaq reabilitasiya işlərindən sonra hər iki ərazi  müxtəlif fəaliyyətlər üçün istifadə olunacaqdır. 

Reabilitasiya işlərinə texniki nəzarət Almanıyanın “Fichtner” şirkəti tərəfindən həyata keçiriləcəkdir.

 
«BaşlamaqƏvvəlki123456NövbətiAxırıncı»

Səhifə 2 > 6

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft