Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Xəbərlər
BMTVİ layihəsinin mütəxəssisləri İsveçə səfər etmişlər PDF faylını al Çap E-poçt

İsveçin SWECO beynəlxalq ekoloji məsələhətçi şirkəti tərəfindən Dünya Bankı tərəfindən maliyyələşdirilən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin Layihə İdarəetmə Qrupunun üzvləri üçün avqustun 27-dən sentyabrın 3-dək İsveçdə məişət tullantılarının idarəçiliyinə dair 1 həftəlik təlim keçirilmişdir. 

Təlimin məqdəsi məişət tullantılarının idarə olunması üçün ekoloji, sosial və iqtisadi cəhətdən davamlı qurumun yaradılması, idarəolunması və inkişafına dair geniş biliklərin təmin edilməsidir.   Digər vacib məqsəd iştirakçıların İsveç təcrübəsi və texnologiyadan uğurla istifadə olunması üçün zəruri biliklərə yiyələnməsi və bunun Azərbaycanda yerli mühitdə mümkün qədər geniş tətbiqinə çalışması idi.  

Təlimdə BMTVİ layihəsinin direktor müavini Vüsal Nəsirli, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Hidayət Abdullayev, tullantıların idarəçiliyi üzrə mütəxəssis Mehdi Salamzadə və ətraf mühit üzrə mütəxəssis Faiq Sadıqov iştirak etmişlər. 

Mühazirəçilər bərk məişət tullantılarının idarəçiliyinə dair formal təlim proqramlarının və tədris səfərlərinin planlaşdırılması, təşkili və həyata keçirilməsi icrası üzrə geniş təcrübəyə malikdirlər.  Tove Ireblad, Anders Ridergren və Ingrid Hastaddan ibarət Təlim Heyəti tərəfindən aparılmış mühazirələr məişət tullantılarının idarəolunmasının idarəetmə, maliyyə, iqtisadi, texnoloji, hüquqi, analitik, təşkilati və kommunikasiya sahələrini əhatə etmişdir. 

Təlimin mövzuları aşağıdakılardır:

• Planlaşdırma, İsveçdə bərk məişət tullantılarının idarəçiliyinə dair ümumi məlumat 
• Təşkilatı məsələlər, Qanunvericilik, İqtisadiyyat, xərclərin ödənilməsi və haqlar 
• Bərk məişət tullantılarının idarəçiliyi sahəsində ekoloji tədqiqat, ekoloji tariflər, icazələr, riskin qiymətləndirilməsi, peşə sağlamlığı və təhlükəsizliyi, təhlükəsizlik sistemi və istismara nəzarət daxil olmaqla Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) məsələləri 
• Toplanma və daşınma, çeşidləyici qurğular, təkrar emal, kompostlaşdırma və poliqonların bərpası (yeni poliqonlar, ötürücü məntəqələrin layihələndirilməsi, təkmilləşdirilməsi, bağlanması və təmizləmə fəaliyyəti) 

Təlim proqramı mühazirə və aşağıdakı səfərlərdən ibarət idi:

• İsveç Ətraf Mühitin Mühafizəsi Agentliyinə səfər. Bu səfər İsveçdə tullantıların idarəçiliyində milli, regional və yerli səviyyədə maraqlı tərəflərin cavabdehliyindən fayda əldə etmək üçün rol və vəzifələrin necə bölünməsinə nümunə olmuşdur. 
• Hagby və Salmunge tullantıların çeşidlənməsi mərkəzinə səfərlər; bu səfər ev və mənzillərdə mənbədə çeşidlənməsi sistemi, qablaşdırılmış tullantılarının toplanması, məişət tullantıları ilə əlaqədar təkrar emal təşəbbüsləri, yaşıl və təhlükəli tullantılar, tibbi tullantılar və deposit sistemini əyani olaraq göstərdi. 
• Hagby, Högbytorp and Salmunge poliqonlarına səfərlər. 
• Norrtalje bələdiyyəsinin Tullantıların İdarəçiliyi Departamentinə səfər. Görüş zamanı bələdiyyədə tullantıların idarəçiliyinin təşkili, xüsusən də məişət tullantılarının toplanması zamanı ətraf mühitə zərər verilməməsi barədə məlumat verilmişdir.

 
Qeyri-qanuni tullantı sahələri yığışdırılır PDF faylını al Çap E-poçt

İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilmişdir. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənmişdir.

Bu ilin avqust ayından başlayaraq qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülmüş, tullantı sahələrinə baxış keçirilmiş, müvafiq İş Planı tərtib olunmuşdur.

Artıq qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmasına başlanmışdır. Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 20 min ton tullantının Balaxanı poliqonuna daşınması təmin edilmişdir. Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilir. Yaxın zamanlarda digər daha bir ərazidə – Xəzər rayonunda da qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi işlərinə başlanılacaqdır.

“Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.

 
20 illik İnkişaf Strategiyası müzakirə edilmişdir PDF faylını al Çap E-poçt

İyunun 25-də Bakıda İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanması üzrə tədqiqatların nəticələrinə dair müzakirələr aparılmışdır.

Bununla bağlı keçirilmiş təqdimatda aidiyyəti dövlət qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının və layihə çərçivəsində tədqiqatların həyata keçirilməsi məqsədilə cəlb edilmiş Türkiyənin "Ekodenge" şirkətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanması ilə bağlı aparılan tədqiqatların ilkin nəticələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, strategiyanın hazırlanması istiqamətində demoqrafik göstəricilər, tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemləri, tullantıların tərkibinin tədqiqi, hüquqi aspektlər, institusional və maliyyə analizləri və tariflərin öyrənilməsi üzrə analitik təhlillər artıq yekunlaşmış və müvafiq hesabatlar hazırlanmışdır.

Tədbirdə "Ekodenge" şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə mövcud vəziyyət, bu sahədə institusional və maliyyələşdirmə məsələləri, həmçinin 20 illik inkişaf strategiyasının hazırlanmasına dair tövsiyələrlə bağlı təqdimatlar keçirilmiş, mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

 
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi dəvət edir PDF faylını al Çap E-poçt

Azərbaycan höküməti və Dünya Bankının birgə həyata keçirdiyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi çərçivəsində Balaxanı şəhər tullantılarının zərərsizləşdirmə poliqonunun bağlanması və ya  bərpası, poliqon ərazisində yeni hücrələrin tikintisi, Qaradağ və Suraxanı poliqonlarının bağlanması və ya bərpası, eləcə də Bakı şəhəri ərazisində mövcud qeyri-qanuni tullantı sahələrinin bağlanması/təmizlənməsi nəzərdə tutulur. Azərbaycan Resbublikasının mövcud qanunvericiliyi və Dünya Bankının qaydalarına əsasən layihə çərçivəsində cəlb olunmuş məsləhətçi şirkət tərəfindən yuxarıda sadalanan işlər üzrə Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) sənədləri hazırlanmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi bütün maraqlı tərəfləri hazırlanmış ƏMSTQ sənədlərinə rəy və təkliflərini verməyə dəvət edir. 

ƏMSTQ sənədləri aşağıda göstərilən internet ünvanlarında yerləşdirilmişdir:

  1. http://www.iswm.az/az/component/content/article/12-layh-sndlr/106-balaxan-poliqonunun-balanmas-v-brpaspoliqon-razisind-yeni-huecrlrin-tikintisi-uezr-mstq-hesabat.html
  2. http://www.iswm.az/az/component/content/article/12-layh-sndlr/99-balaxan-poliqonunun-balanmas-v-brpaspoliqon-razisind-yeni-huecrlrin-tikintisi-uezr-mstq-hesabatnn-xuelassi-.html
  3. http://www.iswm.az/az/component/content/article/12-layh-sndlr/105-boeyuek-bak-razisind-qeyri-qanuni-tullant-sahlrinin-brpas-v-balanmas-uezr-mstq-hesabat.html
  4. http://www.iswm.az/az/component/content/article/12-layh-sndlr/100-boeyuek-bak-razisind-qeyri-qanuni-tullant-sahlrinin-brpas-v-balanmas-uezr-mstq-hesabatnn-xuelassi-.html
  5. http://www.iswm.az/az/component/content/article/12-layh-sndlr/107-qarada-v-suraxan-poliqonlarnn-balanmas-v-brpas-uezr-mstq-hesabat.html
  6. http://www.iswm.az/az/component/content/article/12-layh-sndlr/104-qarada-v-suraxan-poliqonlarnn-balanmas-v-brpas-uezr-mstq-hesabatnn-xuelassi.html

Maraqlı tərəflər həmçinin ƏMSTQ sənədlərinin çap nüsxələri ilə aşağıda göstərilən ünvanda tanış ola bilərlər. Rəy və təkliflər 20 aprel 2012-ci il tarixinədək, Bakı vaxtı ilə saat 18-00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilə bilər. 


Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi 
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi üzrə Layihənin İdarəetmə Qrupu 
Direktor müavini Vüsal Nəsirli - E-mail:   Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.                              
Ətraf mühit üzrə mütəxəssis Faiq Sadıqov  - E-mail:   Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.  
Xocalı prospekti 55, AGA İş Mərkəzi 
AZ1025, Bakı, Azərbaycan

 
Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Qiymətləndirmə Sənədinin ilkin layihəsi müzakirə edilmişdir PDF faylını al Çap E-poçt

Martın 15-də Bakıda İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar milli qiymətləndirmə sənədinə dair müzakirələr aparılmışdır. 

Bununla bağlı keçirilmiş təqdimatda aidiyyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq maliyyə institutlarının və layihə çərçivəsində tədqiqatların həyata keçirilməsi məqsədilə cəlb edilmiş Danimarkanın “COWI” şirkətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar milli qiymətləndirmə sənədinin ilkin nəticələri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, ölkəmizdə bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar Milli Strategiyanın hazırlanması nəzərdə tutulur ki, bu sənəd bütün ölkə ərazisində etibarlı, davamlı və səmərəli bərk məişət tullantılarının idarəçiliyi proqramının həyata keçirilməsinə imkan verəcək. Hazırda Milli Strategiyanın hazırlanması üçün məsləhətçi qismində layihəyə cəlb edilmiş Danimarkanın “COWI” şirkəti tərəfindən müvafiq tədqiqatlar aparılır. Belə ki, 2011-ci ildə şirkət tərəfindən 6 pilot ərazidə - Xaçmaz, Sabirabad, Şamaxı, Şəki, Mingəçevir və Naftalanda məişət tullantılarının yaranması, toplanması və zərərsizləşdirilməsi ilə bağlı ilkin tədqiqatlar aparılmışdır. Layihə çərçivəsində bu ərazilərdə formalaşan tullantıların tərkibi, həcmi, toplama və zərərsizləşdirmə avadanlıqları, aidiyyəti qurumların vəzifələri kimi məsələlər araşdırılmış, məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət haqqında məlumatlar təhlil edilmişdir. Aparılmış tədqiqatlar Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar Milli Strategiyanın hazırlanmasında əhəmiyyətli olacaqdır. 

Tədbirdə “COWI” şirkəti tərəfindən ölkədə bərk məişət tullantılarının idarə edilməsi üzrə mövcud vəziyyət, bu sahədə institusional və maliyyələşdirmə məsələləri, həmçinin Milli Strategiyanın hazırlanmasına dair tövsiyələrlə bağlı təqdimatlar keçirilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

 
«BaşlamaqƏvvəlki123456NövbətiAxırıncı»

Səhifə 4 > 6

2010-2018 Copyright ISWM, Azerbaijan. Support: NetSoft