Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin Komponentləri PDF faylını al Çap E-poçt

 

A Komponenti. İnstitusional İslahatlar, Potensial Quruculuğu və Layihənin İdarə Edilməsi

Bu komponent yeni Bərk Məişət Tullantıları İdarəçiliyi Şirkəti – “Təmiz Şəhər” ASC-nin (i) strateji planlaşdırılmasının tamamlanması; (ii) hüquqi, maliyyə və təşkilati sisteminin yaradılması; (iii) fəaliyyətə başlaması və (iv) potensial quruculuğunu dəstəkləyəcəkdir.

Bərk Məişət Tullantıları İdarəçiliyi Şirkəti tullantıların toplanması və utilizasiyası işini mövcud parçalanmış vəziyyətdən çıxararaq vahid bir sistemə çevirəcəkdir.

“Təmiz Şəhər” ASC Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli 2983 saylı Sərəncamına əsasən təsis edilmiş, 12 mart 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və fəaliyyətə başlamışdır. Hazırda şirkət tullantıların toplanması və utilizasiyasının sisteminin təşkilini həyata keçirir. Qurumun bərk məişət tullantılarının vahid idarəçiliyini həyata keçirən güclü və davamlı təşkilat kimi fəaliyyət göstərə bilməsi üçün sektor üzrə strateji plan əsasında dəqiq və səlis korporativ planın hazırlanması tələb olunur. Layihənin tərkib hissəsi kimi islahatların gerçəkləşdirilməsi üçün aşağıdakı subkomponentlərdə göstərilən fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

A1. Sektorun yenidən qurulması və BMTİŞ-nin yaradılması üçün Analitik İşlər və Tədbirlər/İcra planı.  
A2. BMTİŞ-in potensial quruculuğu.  
A3. İctimai maarifləndirmə və əlaqələr. 
A4. Layihənin idarə edilməsi.

B Komponenti. Balaxanı Poliqonunun Bərpası və İdarə Edilməsi

Təklif olunan investisiyanın məqsədi cari tullantı poliqonunda aparılan əməliyyatların təkmilləşdirilməsi, bu əməliyyatların ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılması və istifadə olunmayan ərazilərin bağlanmasıdır. Bu komponent bərk məişət tullantılarının idarəçiliyi üzrə digər alternativlərin hazırlanmasına qədər ətraf mühitə təsirə nəzarət və sahədə aparılan işləri səmərəliləşdirmək üçün avadanlıqların (körpü tərəzilər, buldozerlər və s.) alınması və tikinti işlərini (hasarlama, tullantıların örtülməsi, drenajlara nəzarət, daxili yollar və s.) maliyyələşdirəcəkdir. Bu investisiyaya ən azı növbəti beş il ərzində ətraf mühit və əməliyyat tələblərinə cavab verən utilizasiya fəaliyyətinin davam etdirilməsi üçün sahənin hazırlanması tədbirləri daxildir. İşlərin icrası və avadanlıqların təchizi A komponentində nəzərdə tutulmuş strateji plana uyğun olaraq kadrların təchizi və maliyyələşdirmə işləri ilə paralel olaraq başlayacaqdır.

C Komponenti. Digər Zibilxanaların Bağlanması və İdarə Edilməsi

Layihənin bu komponenti qeyri-rəsmi zibilxanaların bağlanması və təmizlənməsini, Strateji planda müəyyən edilmiş rəsmi sahələrin idarə edilməsinin təkmilləşdirilməsini (yaxud bağlanmasını) maliyyələşdirəcəkdir. Bu fəaliyyətlər qeyri-rəsmi zibilxanaların yaranması ilə əlaqədar yaranan mənfi ekoloji təsirləri minimum həddə endirməyə yardım edəcəkdir. Bütün qeyri-rəsmi zibilxanalar ləğv ediləcək və buradan toplanmış tullantılar Balaxanı poliqonuna, yaxud digər tullantı poliqonlarına daşınacaqdır. Bu mərhələdə, iki tullantı poliqonunun – Qaradağ və Suraxanı poliqonlarının layihəyə uyğun olaraq bağlanacağı, yaxud investisiyadan asılı olaraq fəaliyyətlərini davam etdirə bimələri üçün bərpa ediləcəyi, ya da ötürmə məntəqələrinə çevriləcəyi hələ müəyyən olunmamışdır.

D Komponenti. Baki Şəhəri Ərazisində Zəif Xidmət Göstərilən Rayonlar Üçün Təcili Tullantı Yığım Avadanlıqlarının Təchizi

Bu komponent Bakı şəhərində zəif xidmət göstərilən rayonlarda bərk məişət tullantılarının toplanması və səmərəli xidmətin göstərilməsi üçün təcili zəruri yük maşınları, konteyner və zibil yeşikləri təchizatının maliyyələşdirilməsi ilə bütün regionda xidmətin keyfiyyətinin və mövcudluğunun artırılmasına köməklik göstərəcəkdir. Bakı şəhəri ərazisində tullantıların yığılması xidmətinin genişləndirilməsinə böyük ehtiyac vardır – cari hesablamalar göstərir ki, hazırda tullantıların 60%-i yığılır. Avadanlıqların istifadə əhatəsinin genişləndirilməsi üçün dəqiq layihələndirmə işlərinə müvafiq olaraq (i) bu xidmətin göstərilməyə başlaması ödənişlərin toplanması ilə paralel həyata keçirilməsi, (ii) avadanlıqları saxlamaq və idarə etmək üçün işlək strukturun olması və (iii) avadanlığın işini və göstərdiyi xidmətləri maliyyələşdirəcək davamlı mexanizmlərin mövcudluğunu tələb edir. Avadanlıqların istifadə əhatəsinin genişləndirilməsi planı A komponenti çərçivəsində hazırlanacaq Strateji planın vacib hissəsi olacaqdır.

E Komponenti. Gələcək İnvestisiyalar Üçün Texniki Hazırlıq

Bu komponent tullantı poliqonlarının tutum həcmini artırmaq və geniş əhatə dairəsinə sahib olan tullantı toplama sisteminin qurulması ilə əlaqədar ötürmə stansiyalarının inşa edilməsi üçün tələb olunan texniki-iqtisadi əsaslandırmanı və ətraf mühitə təsirin qiymətləndirilməsini maliyyələşdirəcəkdir.

 

 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft