Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Berk Meishet Tullantilarinin Vahid Idareciliyi Layihesi
External Resettlement Monitoring Expert PDF faylını al Çap E-poçt

VACANCY ANNOUNCEMENT

 

Position/Title: External Resettlement Monitoring Expert

Project/Office: Integrated Solid Waste Management Project (ISWM) under the Ministry of Economy and Industry

Project:

The Integrated Solid Waste Management Project (ISWMP) implemented since 2009 seeks to support the reform of the Greater Baku solid waste collection and disposal operations into an effective and sustainable system. The overall project objective is to support (i) improving solid waste disposal management; (ii) increasing waste collection coverage; and (iii) enhancing waste data information and financial management capacity in the Greater Baku area.

 

Objectives and tasks:

The primary objectives of the External Resettlement Monitoring Expert are:

- provide the client with the feedback on the RAP Guidance Document implementation progress as the case may be

- identify problems and successes as early as possible to allow timely adjustment of the RAP Guidance Document and development and implementation of RAP

The specific objectives are to:

- identify the current situation of non-resident waste pickers at the disposal site and observe their position with respect to the latest developments at the disposal site in the waste management system

- identify if there have been any changes since the last monitoring in September 2014 that trigger the development and implementation of a RAP based on the RAP Guidance Document

- identify possible future changes related to planned rehabilitation works that may trigger the need for the development and implementation of a RAP based on the RAP Guidance Document

- identify any progress with implementation of any of the options set out in the RAP Guidance Document

- Identify if RAP development needed

 

Qualifications:

The Individual Consultant must have experience of the external monitoring work of involuntary resettlement activities in the project or should have done monitoring work on similar nature of works in the past.

Qualification and experience of the External Resettlement Monitoring Consultant should be as follows:

- Graduated, major in economics, sociology, or other relevant major;

- Experienced in monitoring and evaluation of involuntary resettlement activities in infrastructures development projects and rehabilitation of project-affected families at least for 2 years;

- Familiar with World Bank Operational Policy 4.12 on land acquisition and resettlement;

- Experience in working for WB project is preferable;

- Good computer skills and fluent English.

 

A consultant will be selected in accordance with the Section V, Individual Consultant selection procedures set out in the World Bank’s Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers  (January 2011).

 

Applicants should send CV to the following address:

55, Khojaly Avenue, Baku AZ1025, Azerbaijan

E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Application deadline: December 29, 2014

 

Note:

  • Please mention the name of vacancy in the mail subject
  • Only short-listed candidates will be contacted
 
Bakı şəhərində tullantıların toplanması və daşınması sistemi təkmilləşdirilir PDF faylını al Çap E-poçt

İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin yaxşılaşdırılması məqsədilə Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı və Pirallahı rayonları üçün yeni tullantı konteynerləri alınmışdır.

Bu məqsədlə keçirilmiş beynəlxalq tender müsabiqəsinin qalibi Türkiyənin “AKMETAL” şirkəti ilə müqavilə imzalanmış və təchizatçı tərəfindən Türkiyədə istehsal olunmuş 0.5m3 həcmli 1391 ədəd və 1.1 m3 həcmli 1848 ədəd tullantı konteynerləri Bakıya gətirilmiş və müvafiq rayonlara təhvil verilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərinin 6 rayonun təchizatının yaxşılaşdırılması məqsədilə 29 ədəd tullantı daşıyan maşın alınmışdır.

 
Dünya Bankının vitse-prezidenti İqtisadiyyat və Sənaye Nazirliyində olmuşdur PDF faylını al Çap E-poçt

Noyabrın 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Таkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Nazir Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd etmiş, qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulamışdır. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən Şahin Mustafayev hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində işlərin davam etdirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılmışdır. Hazırda nəqliyyat, su təchizatı və kanalizasiya, sosial və s. sahələrdə 18 layihənin icrası davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımdan əhəmiyyətlidir.

Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı Sənaye Parkı və parkın rezidentləri üçün tətbiq olunan güzəştlər barədə məlumat verən nazir Şahin Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bidirmişdir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Таk ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini, Azərbaycanda Dünya Bankı ilə əlaqələrə böyük önəm verildiyini vurğulamışdır. Xanım Таk Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu nüfuzlu maliyyə institutunun ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyini bildirmişdir.

Görüşdən sonra Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Таkın rəhbərlik etdiyi nümayəndə heyəti Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarında olmuşdur. Qonaqlara zavodlar barədə məlumat verilmiş və vurğulanmışdır ki, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

Dünya Bankının nümayəndələri həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun fəaliyyəti, Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlərlə tanış olmuş, bu böyük ekoloji layihələri yüksək qiymətləndirmişlər.

 
Suraxanı və Qaradağ rayonları ərazisində yerləşən tullantı poliqonları bərpa olunmuşdur PDF faylını al Çap E-poçt

İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Suraxanı və Qaradağ rayonlarının inzibati ərazisində yerləşən “Təmiz Şəhər” ASC-nin tabeçiliyindəki fəaliyyəti dayandırılmış tullantı poliqonunda bərpa işləri görülmüşdür.

Poliqonların reabilitasiyası işləri Türkiyənin “Gökşin İnşaat” şirkəti tərəfindən həyata keçirilmişdir. Suraxanı rayonu ərazisindəki poliqonda əvvəllər atılmış 250 min m3 tullantı zərərsizləşdirmə sahəsinə toplanmış, 155 min m2 sahədə torpağın hamarlanması işləri görülmüşdür. Qaradağ rayonu ərazisində yerləşən poliqon üzrə isə əvvəllər atılmış 326 min m3 tullantı zərərsizləşdirmə sahəsinə toplanmış və 60 min m2 sahədə torpağın hamarlanması işləri görülmüşdür. Hər iki poliqon ərazisi hasarlanmışdır.

Poliqonlarda beynəlxalq standartlara uyğun olaraq qaz, hava və su keçirməyən süni qatlar daxil olmaqla qazların və suların (o cümlədən çirkab sularının) toplanması və zərərsizləşdirilməsi üçün örtük sistemləri, mexaniki və elektrik qurğular vasitəsilə çirkab sularının toplanması sistemləri, eləcə də suvarma sistemləri quraşdırılmışdır.

Qeyd edək ki, reabilitasiya işlərinə texniki nəzarət Almaniyanın “Fichtner” şirkəti tərəfindən həyata keçirilmişdir.

 
Bərk Məişət Tullantılarının İdarəçiliyi sahəsində Hüquqi Çərçivə İslahatı üzrə məsləhət xidmətləri PDF faylını al Çap E-poçt

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN
(MƏSLƏHƏT XİDMƏTLƏRİ – ŞİRKƏTLƏRİN SEÇİMİ)

Azərbaycan Respublikası
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi

Tapşırığın adı: Bərk Məişət Tullantılarının İdarəçiliyi sahəsində Hüquqi Çərçivə İslahatı

Müqavilənin nömrəsi: C-18

Azərbaycan Hökuməti Dünya Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə əlavə maliyyələşmə almış və bu kredit vəsaitinin bir hissəsini məsləhət xidmətlərinə tətbiq etmək niyyətindədir.

Məsləhət xidmətlərinə (“Xidmətlər”) Azərbaycanda BMTİ sahəsinə dair mövcud hüquqi və tənzimləyici çərçivəyə edilən dəyişikliklərin qiymətləndirilməsi, təklif olunması və layihələndirilməsində Azərbaycan Hökumətinə kömək göstərilməsi və Tullantıların İdarəçiliyinə dair Milli Strategiyanın həyata keçirilməsini asanlaşdırmaq daxildir. Milli Strategiya ilə yanaşı yeni hazırlanacaq hüquqi çərçivə və Böyük Bakı regionu üçün yenilənmiş strategiya gələcək investisiyalar, məqsədlər, fəaliyyət və yeni obyektlərin inkişafının və xidmətlərin çatdırılmasının fəaliyyət hədəfləri üçün əsas yaradacaq. Regional investisiya plan və proqramları (bu məsləhət xidmətlərinə aid deyil) milli məqsədlərin regional təşəbbüs və hədəfə çevrilməsi üçün təkmilləşdiriləcək. Aparıcı faktor və təşəbbüslərin bu kombinasiyası ilə aşağıdakılara nail olunması gözlənilir: Bərk məişət tullantılarının inkişaf etdirilmiş idarəçiliyi üçün təkmilləşdirilmiş institusional çərçivəni yaratmaq; Yerli xidmət təminatçılarını bərk məişət tullantılarının idarəçilik xidmətlərində daha da çox və bariz formada cavabdeh etmək; İlkin olaraq, tullantıların toplanması və utilizasiyası üzrə təcrübələrin təkmilləşdirilməsinə, xüsusi ilə də rayon və bələdiyyələrin regional poliqon xidmət qruplaşmalarının inkişafına fokuslaşmaq; Bacarıqların inkişafı və potensialın gücləndirilməsi üzrə kifayət qədər büdcənin və iqtisadi resursların ayrılması üçün genişləndirilmiş imkanlara yol açmaq; Milli Strategiyada müəyyənləşdiriləcək hədəf irəliləyişlərinə bütün ölkə üzrə nail olmaq məqsədi ilə tələb olunan mühüm maaliyyəşməni əldə etmək üçün geniş vasitələr təmin etmək; Səmərəli və davamlı ictimai əlaqə və təbliğat kompaniyalarını təsis etmək; Xidmətlərin təmin edilməsində və yeni obyektlərin inkişafında özəl sektorun iştirakı üçün əlverişli şərait yaratmaq.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu münasib məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) xidmətlərin göstərilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq təcrübə və ixtisaslara malik olduqlarını nümayiş etdirən məlumatları təqdim etməlidirlər.


Seçim üçün meyarlar aşağıdakılardır: AB bərk məişət tullantılarının idarəçiliyi və ətraf mühitin mühafizəsinə dair qanun və qaydalarının məzmun və inkişafındakı təcrübə də daxil olmaqla bərk məişət tullantılarının idarə edilməsinin hüquqi aspektləri, ətraf mühit normalarına uyğun qanunvericilik və tənzimlənmə sahəsində təcrübə; hüquqi çərçivələrin nəzərdən keçirilməsi və yeni qanun layihələrinin hazırlanması sahəsidə təcrübə; BMTİ sistemləri (planlaşdırma, dizayn və BMTVİ proqramlarının xüsusi elementlərinin fəaliyyət monitorinqi (toplanma, ötürülmə, bərpa və utilizasiya daxil olmaqla)) sahəsində təcrübə.

Maraqlı məsləhətçilərin diqqəti Dünya Bankının maraqların toqquşmasına dair siyasətini müəyyən edən Dünya Bankından Borc Alanlar tərəfindən Seçim və İşə qəbul ilə bağlı Təlimatların (Yanvar, 2011) (“Məsləhətçi Təlimatları”) 1.9 bəndinə yönəldilir.

Məsləhətçilər iş keyfiyyətlərini artırmaq üçün birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər şirkətlərlə birləşə bilərlər.

Seçim Məsləhətçi Təlimatlarında müəyyən olunmuş Keyfiyyət Əsasında Seçim (KƏS) üsulu ilə həyata keçiriləcəkdir.

Ətraflı məlumatı iş saatları ərzində (Bazar ertəsindən Cümə gününədək saat 09:00-dan 18:00-dək) aşağıda göstərilən ünvandan əldə etmək olar.

Maraq məktubları 3 oktyabr 2014-cü il tarixinədək Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq yazılı şəkildə (şəxsən, poçt və ya email vasitəsilə) aşağıdakı ünvana göndərilməlidir.


Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Hüseynqulu İsmayılov, Satınalma üzrə mütəxəssis
Xocalı pr. 55, AZ1025, Bakı, Azərbaycan
Tel: (+99412) 4644156
Faks: (+99412) 4644157
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
İnternet səhifə: www.iswm.az

 
«BaşlamaqƏvvəlki12345678910NövbətiAxırıncı»

Səhifə 2 > 16

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft