Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Berk Meishet Tullantilarinin Vahid Idareciliyi Layihesi
20 illik İnkişaf Strategiyası müzakirə edilmişdir PDF faylını al Çap E-poçt

İyunun 25-də Bakıda İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanması üzrə tədqiqatların nəticələrinə dair müzakirələr aparılmışdır.

Bununla bağlı keçirilmiş təqdimatda aidiyyəti dövlət qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının və layihə çərçivəsində tədqiqatların həyata keçirilməsi məqsədilə cəlb edilmiş Türkiyənin "Ekodenge" şirkətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanması ilə bağlı aparılan tədqiqatların ilkin nəticələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, strategiyanın hazırlanması istiqamətində demoqrafik göstəricilər, tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemləri, tullantıların tərkibinin tədqiqi, hüquqi aspektlər, institusional və maliyyə analizləri və tariflərin öyrənilməsi üzrə analitik təhlillər artıq yekunlaşmış və müvafiq hesabatlar hazırlanmışdır.

Tədbirdə "Ekodenge" şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə mövcud vəziyyət, bu sahədə institusional və maliyyələşdirmə məsələləri, həmçinin 20 illik inkişaf strategiyasının hazırlanmasına dair tövsiyələrlə bağlı təqdimatlar keçirilmiş, mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

 
Ötürücü məntəqənin və yeni poliqon ərazilərinin layihələndirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə məsləhət xidmətinə dair Tender müsabiqəsinin nəticələri PDF faylını al Çap E-poçt

KQƏS nəticəsində qalib gələn şirkətlərə dair məlumat

Layihənin adı: Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi
Ölkə: Azərbaycan Respublikası
Layihənin nömrəsi: P110679

Sifarişin/Müqavilənin nömrəsi: Məsləhət xidmətləri / C-9
Layihənin mövzusu: Ötürücü məntəqənin və yeni poliqon ərazilərinin layihələndirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi
Seçim üsulu: KQƏS
Müqavilənin müddəti: On iki ay
Qiymətləndirmə məzənnəsi: ABŞ Dolları

Qalib Məsləhətçi(lər)/Şirkət

Adı: ACEP MMC
Ünvan *: İnşaatçılar prospekti, məhəllə 494, ev 20, AZ1065, Bakı, Azərbaycan
Texniki xal: 75,56
Maliyyə xalı: 99,20
Yekun qiymətləndirilmiş məbləğ: 302,380.00
Yekun xal: 80,29
Yekun sıralama: 1
Yekun razılaşdırılmış məbləğ: 302,380.00

Qiymətləndirilmiş Məsləhətçi(lər)/Şirkət

Adı: Asian Consulting Engineers Pvt. MMC (Hindistan)
Ünvan *: 66, Hemkunt Colony, 2-ci mərtəbə, New Deli, Hindistan
Texniki xal: 73,58
Maliyyə xalı: 100,00
Yekun qiymətləndirilmiş məbləğ: 299,975.00
Yekun xal: 78,86
Yekun sıralama: 3

Adı: Getinsa Ingenieria S.L (İspaniya) (BM-nin lideri) - Idema Ingeneria Del Medio Ambiente S.L. (İspaniya) - Caspian Business Management & Consulting MMC (Azərbaycan) Birgə Müəssisəsi
Ünvan *: Calle Ramon De Aguinaga, 8, 28028 Madrid, İspaniya
Texniki xal: 75,05
Maliyyə xalı: 96,84
Yekun qiymətləndirilmiş məbləğ: 309,750.00
Yekun xal: 79,41
Yekun sıralama: 2

İmtina olunmuş Məsləhətçi(lər)/Şirkət
N/A

 
Monitorinq və qiymətləndirmə üzrə beynəlxalq mütəxəssis üçün məsləhət xidmətləri PDF faylını al Çap E-poçt

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN
(MƏSLƏHƏT XİDMƏTLƏRİ)

Azərbaycan
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Layihə İdarəetmə Qrupu (LİQ)
Monitorinq və qiymətləndirmə üzrə beynəlxalq mütəxəssis üçün məsləhət xidmətləri
Kredit №: 7549-AZ
Layihə ID №: P110679

Maraq Məktublarının Qəbul Edilməsi

İqtisadi İnkişaf Nazirliyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini Monitorinq və qiymətləndirmə üzrə beynəlxalq mütəxəssis üçün məsləhət xidmətlərinə yönəltmək niyyətindədir. Xidmətin müddəti 18 aydır. 

Layihənin monitorinq və qiymətləndirmə (M&Q) sisteminin əsas məqsədləri aşağıdakılardır: 
1) İİN çərçivəsində texniki dəstəyin göstərilməsi və M&Q üzrə potensialın gücləndirilməsi;
2) Layihənin məqsədlərinə nail olmaq üçün monitorinqin həyata keçirilməsi;
3) Nəticələrin və layihəyə müdaxilələr üzrə səmərəliliyin qiymətləndirilməsi;
4) Əsas tərəfdaşların monitorinq və qiymətləndirmədə iştirakını dəstəkləməklə onların inkişaflna töhfə vermək 

M&Q sisteminin layihənin planlaşdırılması baxımından əsas əməliyyat və strateji qərarlara yardım göstərilməsi, daha yaxşı  nəticələrə nail olunması üçün məlumat ilə təmin etməsi nəzərdə tutulur.

Layihə üzrə monitorinq və qiymətləndirmə (M&Q) sistemi layihənin LQS-ə qeyd olunan çərçivə nəticə və nəticə göstəricilərinə müvafiq olmalıdır.

Beynəlxalq mütəxəssis üçün əsas tələblər aşağıdakılardan ibarətdir:

M&Q üzrə məsləhətçi ali təhsilə, beynəlxalq inkişaf proqramları/layihələri üzrə ən azı 5 illik təcrübəyə, monitorinq və qiymətləndirmə üzrə təcrübəyə malik olmalıdır. Magistr dərəcəsinə malik olanlara üstünlük verilir. Məsləhətçi inkişaf proqramları  üçün layihələndirmə, tikinti və M&Q sistemlərinin həyata keçirilməsi üzrə təcrübəyə malik olmalıdır. Məsləhətçi  müvafiq İnformasiya Texnologiyalarına (İT) və məlumatın təhlili üzrə bacarıqlara malik olmalıdır. 

M&Q üzrə məsləhətçi aşağıdakı təcrübəyə malik olmalıdır: 
• M&Q proqramını hazırlaya və metodologiya üzrə təlimatları təmin edə bilən, statistika, təhlil, layihələndirmə və ya digər sosial elmlər üzrə mütəxəssis.
• M&Q prosesinin həyata keçirilməsinə dəstək verən və nəzarət edən, o cümlədən monitorinq və qiymətləndirmə və xüsusi tədqiqatlarda iştirak edən M&Q üzrə  peşəkar mütəxəssis
• Çox yaxşı ünsiyyət bacarıqlarına və imkanlarına malik olan, qrup üzvü kimi fəaliyyət göstərən, müxtəlif mədəniyyətlərə və etnik mühitə  aid olan insanlara nəzakətlə və hörmətlə yanaşaraq səmərəli iş əlaqələri qurmaq və qorumaq qabiliyyətinə malik olan mütəxəssis. 
• Yaxşı yazılı ingilis dili biliyi və ünsiyyət bacarıqları.

Layihə İdarəetmə Qrupu (LİQ) mütəxəssisləri qeyd olunan texniki xidmətlərin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan mütəxəssislər tərcümeyi-hal təqdim etməlidirlər. Məsləhətçinin seçim prosesi Dünya Bankının satınalma təlimatlarında göstərilən prosedurlara əsasən “Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatları”nın cari variantına – (2004-cü il may ayı, 2006-cı ilin oktyabrında və 2010-cu ilin may ayında yenidən qəbul olunmuşdur) müvafiq Bölmə V, Fərdi Məsləhətçinin seçim metodu ilə aparılacaqdır.

Maraqlanan mütəxəssislər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər. (Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri saat 09:00-dan 18:00-a kimi). Tərcümeyi-hal elektron və ya çap olunmuş şəkildə təqdim oluna bilər.

Maraq məktubları 04 may 2012-ci il tarixinədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. 

Bərk Məişət Tullantıları Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Satınalma üzrə Mütəxəssis Hüseynqulu İsmayılov
AZ1025, 55, Xocalı pr. 55, AGA Biznes Mərkəz,
Bakı, Azərbaycan 
Tel: (+99412) 464 4156
Faks: (+99412) 464 4157
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 
Ötürücü məntəqənin və yeni poliqon ərazilərinin layihələndirilməsi üzrə məsləhət xidmətinə dair Tender müsabiqəsinin nəticələri PDF faylını al Çap E-poçt

KQƏS nəticəsində qalib gələn şirkətlərə dair məlumat

Layihənin adı: Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi
Ölkə: Azərbaycan Respublikası
Layihənin nömrəsi: P110679

Sifarişin/Müqavilənin nömrəsi: Məsləhət xidmətləri / C-5
Layihənin mövzusu: Ötürücü məntəqənin və yeni poliqon ərazilərinin layihələndirilməsi
Seçim üsulu: KQƏS
Müqavilənin müddəti: On səkkiz ay
Qiymətləndirmə məzənnəsi: ABŞ Dolları

Qalib Məsləhətçi(lər)/Şirkət

Adı: COWI A/S
Ünvan *: Parallelvej 2, DK-2800 Kongens Lyngby, Danimarka
Texniki xal: 74,92
Maliyyə xalı: 100,00
Yekun qiymətləndirilmiş məbləğ: 1,550,000.00
Yekun xal: 79,94
Yekun sıralama: 1
Yekun razılaşdırılmış məbləğ: 1,550,000.00

Qiymətləndirilmiş Məsləhətçi(lər)/Şirkət

Adı: Fichtner MMC & Co KG
Ünvan *: Sarweystrasse 3, 70191, Stuttgart, Almaniya
Texniki xal: 71,73
Maliyyə xalı: 96,91
Yekun qiymətləndirilmiş məbləğ: 1,599,492.00
Yekun xal: 76,76
Yekun sıralama: 4

Adı: EPTISA Servicios de Ingenieria S.L. (BM-nin lideri) - AQWADEM Consulting Birgə Müəssisəsi
Ünvan *: c/Emilio Munoz 35-37, 28037 Madrid, İspaniya
Texniki xal: 70,51
Maliyyə xalı: 97,61
Yekun qiymətləndirilmiş məbləğ: 1,588,000.00
Yekun xal: 75,93
Yekun sıralama: 5

Adı: EPTA Environmental Consultants Engineers
Ünvan *: 16 Iniohou küç., Halandri, 15238, Afina, Yunanıstan
Texniki xal: 73,54
Maliyyə xalı: 96,89
Yekun qiymətləndirilmiş məbləğ: 1,599,685.00
Yekun xal: 78,21
Yekun sıralama: 3

Adı: WSP (BM-nin lideri) -Ramboll Finlandiya MMC Birgə Müəssisəsi 
Ünvan *: Heikkilantie 7, FI-00210 Helsinki, Finlandiya
Texniki xal: 73,88
Maliyyə xalı: 97,19
Yekun qiymətləndirilmiş məbləğ: 1,594,750.00
Yekun xal: 78,54
Yekun sıralama: 2

İmtina olunmuş Məsləhətçi(lər)/Şirkət

N/A

 
Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Qiymətləndirmə Sənədinin ilkin layihəsi müzakirə edilmişdir PDF faylını al Çap E-poçt

Martın 15-də Bakıda İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar milli qiymətləndirmə sənədinə dair müzakirələr aparılmışdır. 

Bununla bağlı keçirilmiş təqdimatda aidiyyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq maliyyə institutlarının və layihə çərçivəsində tədqiqatların həyata keçirilməsi məqsədilə cəlb edilmiş Danimarkanın “COWI” şirkətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar milli qiymətləndirmə sənədinin ilkin nəticələri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, ölkəmizdə bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar Milli Strategiyanın hazırlanması nəzərdə tutulur ki, bu sənəd bütün ölkə ərazisində etibarlı, davamlı və səmərəli bərk məişət tullantılarının idarəçiliyi proqramının həyata keçirilməsinə imkan verəcək. Hazırda Milli Strategiyanın hazırlanması üçün məsləhətçi qismində layihəyə cəlb edilmiş Danimarkanın “COWI” şirkəti tərəfindən müvafiq tədqiqatlar aparılır. Belə ki, 2011-ci ildə şirkət tərəfindən 6 pilot ərazidə - Xaçmaz, Sabirabad, Şamaxı, Şəki, Mingəçevir və Naftalanda məişət tullantılarının yaranması, toplanması və zərərsizləşdirilməsi ilə bağlı ilkin tədqiqatlar aparılmışdır. Layihə çərçivəsində bu ərazilərdə formalaşan tullantıların tərkibi, həcmi, toplama və zərərsizləşdirmə avadanlıqları, aidiyyəti qurumların vəzifələri kimi məsələlər araşdırılmış, məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət haqqında məlumatlar təhlil edilmişdir. Aparılmış tədqiqatlar Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar Milli Strategiyanın hazırlanmasında əhəmiyyətli olacaqdır. 

Tədbirdə “COWI” şirkəti tərəfindən ölkədə bərk məişət tullantılarının idarə edilməsi üzrə mövcud vəziyyət, bu sahədə institusional və maliyyələşdirmə məsələləri, həmçinin Milli Strategiyanın hazırlanmasına dair tövsiyələrlə bağlı təqdimatlar keçirilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

 
«BaşlamaqƏvvəlki12345678910NövbətiAxırıncı»

Səhifə 9 > 16

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft