Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Berk Meishet Tullantilarinin Vahid Idareciliyi Layihesi
Qeyri-qanuni tullantı sahələri təmizlənmişdir PDF faylını al Çap E-poçt

İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilmişdir.

160-a hektara yaxın sahəni əhatə edən bu qeyri-qanuni tullantı sahələrinin təmizlənməsi nəticəsində 483 min ton tullantı Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmış və “Təmiz Şəhər” ASC tərəfindən ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilmişdir. Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilmişdir. Tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməməsi üçün müvafiq tədbirlər görülmüşdür.

 
Qaradağ və Suraxanı rayonlarının ərazisində yerləşən tullantı poliqonlarının bərpası PDF faylını al Çap E-poçt

Təkliflər üçün Dəvətnamə (TÜD) 
Azərbaycan Respublikası
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Kredit № 7549-AZ
Qaradağ və Suraxanı rayonlarının ərazisində yerləşən tullantı poliqonlarının bərpası
W-3

1. Bu layihə ilə əlaqədar təkliflər üçün dəvətnamə 11 iyul 2009-cu il tarixində DgMarket internet səhifəsində dərc olunan Ümumi Satınalma Bildirişinə əsaslanır.

2. Azərbaycan Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə kredit almış və bu kredit vəsaitinin bir hissəsini Qaradağ və Suraxanı rayonlarının ərazisində yerləşən tullantı poliqonlarının bərpası işlərinin satınalınması müqaviləsindən irəli gələn ödənişlərə; Qaz, hava və suyu keçirməyən süni qatlar daxil olmaqla qazların və suların (o cümlədən çirkab suların) toplanması/zərərsizləşdirilməsi üzrə  örtük sisteminin quraşdırılması; Çirkab suların mexaniki və elektrik qurğular vasitəsilə toplanma sistemi; Mexaniki və elektrik qurğular vasitəsilə çirkab sularının toplanması sistemi; Bütün zəruri yolların tikintisi; Digər zəruri olan əlavə işlər (bioqaz quyuları, su toplanması arxları, hasarlar, darvazalar və s); Son qatların ot  və yaşıllıqlarla örtülməsi və landşaft işlərinə tətbiq etmək niyyətindədir.

3. İqtisadi İnkişaf Nazirliyi nəzdində Layihə İdarəetmə Qrupu (LİQ) münasib və ixtisaslı iddiaçıları Qaradağ və Suraxanı rayonlarının ərazisində yerləşən tullantı poliqonlarının bərpası üçün möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir. Müqavilənin müddəti 11 aydır.

4. Tender Dünya Bankının (may 2004-cü il, 1 oktyabr 2006-cı il və 1 may 2010-cu ildə yenidən qəbul olunmuş) BYİB və BİA kreditlərinin satınalınması üzrə Təlimatlarında göstərilən Beynəlxalq Rəqabətli Tender Müsabiqəsi (BRTM) Prosedurlarına əsasən keçiriləcəkdir və Təlimatlara uyğun olaraq müvafiq mənbə ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.

5. Maraqlanan iddiaçılar əlavə məlumatı Layihə İdarəetmə Qrupunun Satınalma üzrə Mütəxəssisi Hüseynqulu İsmayılovdan Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. əldə edə bilər və tender sənədlərini aşağıda göstərilən ünvanda Bakı vaxtı ilə saat 9.00-dan 18.00-a kimi yoxlaya bilərlər. 

6. Maraqlanan iddiaçılar tender sənədlərinin İngilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana yazılı şəkildə məktub təqdim etməklə və geri qaytarılmayan 120 AZN və ya 150 ABŞ dolları dəyərindəki məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit və ya İqtisadi İnkişaf Nazirliyinin nəzdində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin Layihə İdarəetmə Qrupunun aşağıda göstərilən hesabına köçürmə yolu ilə həyata keçirilə bilər. Tender Sənədləri kuryer vasitəsilə göndəriləcəkdir.

ABŞ DOLLARI HESABI

AZN HESABI

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

VÖEN 1700012751

Hesab №: 33318018401100442120USD

Azərbaycanın Beynəlxalq Bankının Bakı Filialı

Bank kodu (BIC): 805250

Müxbir hesab: 0137010002944

SWIFT: IBAZAZ2X

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

VÖEN 1700012751

Hesab №: 33308019441100442120AZN

Azərbaycanın Beynəlxalq Bankının Bakı Filialı

Bank kodu (BIC): 805250

Müxbir hesab: 0137010002944

SWIFT: IBAZAZ2X

Tender sənədləri kuryer xidməti və elektron məktub vasitəsilə göndəriləcəkdir

7. Təkliflər 4 iyun 2013-cü il Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaqdır. Təkliflər aşağıda göstərilən ünvanda, 4 iyun 2013-cü il Bakı vaxtı ilə saat 15.00-da keçiriləcək açılış mərasimində şəxsən iştirak etmək arzusunda olan iddiaçıların iştirakı ilə açılacaqdır. Bütün təkliflər 110,000 ABŞ Dolları və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən valyuta ilə ifadə olunmuş məbləğdə Təklif Təminatı ilə birlikdə təqdim edilməlidir

8. Ünvan:

Layihə İdarəetmə Qrupu
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
İqtisadi İnkişaf Nazirliyi
Hüseynqulu İsmayılov, Satınalma üzrə Mütəxəssis və Vüsal Nəsirli – Direktor Müavini
Xocalı prospekti. 55, AZ1025
Bakı, Azərbaycan Respublikası
Faks: (99412) 464 4157
Telefon: (99412) 464 4156
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ; Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Veb-səhifə: www.iswm.az

 
29 qeyri-qanuni tullantı sahəsi tullantılardan təmizlənmişdir PDF faylını al Çap E-poçt

 İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində indiyədək Bakı şəhərinin 7 rayonunda (Suraxanı, Sabunçu, Binəqədi, Qaradağ, Xətai, Yasamal, Xəzər) və ARDNŞ-in sərəncamında olan ərazilərdə yerləşən 29 qeyri-qanuni tullantı sahəsi tamamilə tullantılardan təmizlənmiş və həmin sahələrdən toplanan 420 min tondan çox tullantı Balaxanı poliqonuna daşınmışdır. Hazırda Sabunçu rayonu ərazisində yerləşən 2 bu cür sahənin tullantılardan təmizlənməsi işləri aparılır. Yaxın günlərdə daha 4 sahənin tullantılardan təmizlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri tərəfindən ümumilikdə Bakının 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilmişdir. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənmişdir.

Ötən ilin avqust ayından etibarən qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülmüş, tullantı sahələrinə baxış keçirilmiş, müvafiq İş Planı tərtib olunaraq, təmizləmə işlərinə başlanılmışdır.

"Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.

 
Resettlement Policy Framework PDF faylını al Çap E-poçt

Download the document

 
Tullantı konteynerlərinin satınalınması PDF faylını al Çap E-poçt

Azərbaycan Respublikası
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Kredit No. 7549-AZ
Tullantı konteynerlərinin satınalınması
G-3

Hazırkı təkliflər üçün dəvətnamə (TÜD) 11 yanvar 2013-cü il tarixdə "Xalq qəzeti"ndə və Azerweb.com saytında dərc olunmuş və bu yeni elanla təkliflərin son təqdimetmə tarixi 12 mart 2013-cü ilə kimi uzadılmışdır.

1. Bu layihə ilə əlaqədar təkliflər üçün dəvətnamə 11 iyul 2009-cu il tarixində DgMarket internet səhifəsində dərc olunmuş Ümumi Satınalma Bildirişinə əsaslanır.

2. Azərbaycan Respublikası Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə kredit almış və bu kredit vəsaitinin bir hissəsini tullantı konteynerlərinin satınalınması müqaviləsindən irəli gələn ödənişlərə ayırmaq niyyətindədir.

3. İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu (LİQ) münasib və təcrübəli iddiaçıları tullantı konteynerlərinin təchizatına dair möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.

Avadanlığın adı

Sayı

Tullantı konteynerləri 1.1 m3

1848

Tullantı konteynerləri 0.5 m3

1391

 

4. Tender Dünya Bankının (may 2004-cü il, 1 oktyabr 2006-cı il və 1 may 2010-cu ildə qəbul olunmuş) BYİB və BİA kreditlərinin satınalınması üzrə Təlimatlarında göstərilən beynəlxalq rəqabətli tender müsabiqəsi (BRTM) prosedurlarina əsasən keçiriləcəkdir və təlimatlara uyğun olaraq müvafiq mənbə ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.

5. Maraqlı olan iddiaçılar əlavə məlumatı Layihə İdarəetmə Qrupunun satinalma üzrə mütəxəssisi Hüseynqulu İsmayılovdan ( Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ) əldə edə bilər və tender sənədlərini aşağıda göstərilən ünvanda Bakı vaxtı ilə saat 9.00-dan 18.00-a kimi yoxlaya bilərlər.

6. İxtisas tələblərinə daxildir: maliyyə potensialı: son 3 maliyyə ili üzrə orta maliyyə dövriyyəsi 2,000,000 (2 milyon) ABŞ dollarından az olmamalı və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən digər valyutada olmalıdır. Təcrübəsi və texniki potensialı: iddiaçıların son 3 il ərzində ən azı 2 uğurla tamamlanmış müqaviləsi və hər iki müqavilə üzrə minimum 3000 tullantı konteyneri təchiz olunmalıdır. Sifarişçilər tərəfindən verilən müqavilələrin müvəffəqiyyətlə tamamlanmasına dair rəylərin təqdim olunması zəruridir. İddiaçı şirkətlər TÜD-də tələb olunan oxşar avadanlığın istehsalı və ya təchizatı üzrə ən azı 3 illik təcrübəyə malik olmalıdır. Əmtəələri istehsal edən yerli şirkətlərə üstünlüklər tətbiq olunmayacaqdır. Əlavə məlumatlar tender sənədlərində təqdim olunur.

7. Maraqlı olan iddiaçılar tender sənədlərinin ingilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana məktub təqdim etməklə və geri qaytarılmayan 120 AZN və ya 150 ABŞ dolları ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit və ya İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi, Layihə İdarəetmə Qrupunun aşağıda göstərilən hesabına köçürmə yolu ilə keçirilə bilər. Tender sənədləri kuryer vasitəsilə göndəriləcəkdir.

ABŞ DOLLARI HESABI

AZN HESABI

Azerbaijan Republic Ministry of Economic Development

Tax ID 1700012751

IBAN: AZ55IBAZ38190018401100442120

International Bank of Azerbaijan

Baku Branch

Bank code (BIC): 805250

Corr acc: 0137010002944

SWIFT: IBAZAZ2X

Azerbaijan Republic Ministry of Economic Development

Tax ID 1700012751

IBAN: AZ65IBAZ38090019441100442120

International Bank of Azerbaijan

Baku Branch

Bank code (BIC): 805250

Corr acc: 0137010002944

SWIFT: IBAZAZ2X

 

8. Təkliflər 12 mart 2013-ci il Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaqdır. Təkliflər, 12 mart 2013-ci il Bakı vaxtı ilə saat 15.05-də aşağıda göstərilən ünvanda keçiriləcək açılış mərasimində, iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır. Bütün təkliflər 18.000 ABŞ dolları və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən valyuta ilə ifadə olunmuş məbləğdə təklif təminatı ilə birlikdə təqdim olunmalıdır.

9. Yuxarıda nəzərdə tutulan ünvan:                                                                                     

Layihə İdarəetmə Qrupu
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
İqtisadi İnkişaf Nazirliyi
Hüseynqulu İsmayılov, satınalma üzrə mütəxəssis
Xocalı prospekti. 55, AZ1025
Bakı, Azərbaycan Respublikası
Faks: (99412) 464 4157 Telefon: (99412) 464 4156
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. .

 
«BaşlamaqƏvvəlki12345678910NövbətiAxırıncı»

Səhifə 6 > 16

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft