Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Berk Meishet Tullantilarinin Vahid Idareciliyi Layihesi
Azərbaycan Respublikasının Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanması üzrə məsləhət xidmətləri PDF faylını al Çap E-poçt

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN
(MƏSLƏHƏT XİDMƏTLƏRİ – ŞİRKƏTLƏRİN SEÇİMİ)


Azərbaycan Respublikası
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Tapşırığın adı: Azərbaycan Respublikasının Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanması 
Müqavilənin nömrəsi: C-19

Azərbaycan Hökuməti Dünya Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə əlavə maliyyələşmə almış və bu kredit vəsaitinin bir hissəsini məsləhət xidmətlərinə tətbiq etmək niyyətindədir.

Məsləhət Xidmətlərinə (“Xidmətlərə”) Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair xidmətlərin göstərilməsi üçün gələcək investisiyalar, vəzifələr, fəaliyyətlər və hədəflərin təməli olacaq Milli Strategiyanın hazırlanmasında Azərbaycan Hökumətinə köməklik göstərilməsi daxildir. Bu Milli Strategiyada ölkə daxilində əmələ gələn müxtəlif növ bərk tullantı axınlarının toplanması, təkrar emalı və zərərsizləşdirilməsi fəaliyyətlərinin əhatə olunması nəzərdə tutulur. Milli Strategiya ilk növbədə ev təsərrüfatı nəticəsində yaranan qarışıq məişət tullantıları, kommersiya və sənaye tullantıları, bağ və park tullantıları, tikinti və söküntü tullantıları, küçə süpürüntüləri tullantıları daxil olmaqla, ümumi bərk məişət tullantılarının idarə olunmasını hədəf götürəcək. Milli Strategiyada həmçinin bu strategiyanın vəzifələri və fəaliyyət hədəflərini qarşılamaq üçün və hər hansı bir rəhbər qanun və təlimatların hazırlanması ilə nəticələnə biləcək yerli və regional qısa və uzunmüddətli fəaliyyət plan və proqramların yaradılmasının həvəsləndirməsi gözlənilir.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu münasib məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) xidmətlərin göstərilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq təcrübə və ixtisaslara malik olduqlarını nümayiş etdirən məlumatları təqdim etməlidirlər.

Seçim üçün meyarlar aşağıdakılardır: milli və regional bərk məişət tullantıları idarəçiliyinə dair plan və strategiyanın hazırlanması sahəsində təcrübə; poliqon və ötürücü məntəqələr daxil olmaqla, potensial tullantıların zərərsizləşdirilməsi sahələrinin müəyyənləşdirilməsi üçün texniki iqtisadi əsaslandırma sahəsində təcrübə; bərk məişət tullantılarının idarəçiliyi sahəsində infrastrukturun tikintisi və istismar əməliyyatları üzrə iqtisadi təhlil və xəclərin dəqiq hesablanması sahəsində təcrübə.

Maraqlı məsləhətçilərin diqqəti Dünya Bankının maraqların toqquşmasına dair siyasətini müəyyən edən Dünya Bankından Borc Alanlar tərəfindən Seçim və İşə qəbul ilə bağlı Təlimatların (Yanvar, 2011) (“Məsləhətçi Təlimatları”) 1.9 bəndinə yönəldilir.

Məsləhətçilər öz keyfiyyətlərini artırmaq üçün birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər şirkətlərlə birləşə bilərlər.

Seçim Məsləhətçi Təlimatlarında müəyyən olunmuş Keyfiyyət Əsasında Seçim (KƏS) üsulu ilə həyata keçiriləcəkdir.

Maraqlananlar ətraflı məlumatı iş saatları ərzində (Bazar ertəsindən Cümə gününədək saat 09:00-dan 18:00-dək) aşağıda göstərilən ünvandan əldə edə bilərlər.

Maraq məktubları 3 iyun 2014-cü il tarixinədək Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq yazılı şəkildə (şəxsən, poçt və ya email vasitəsilə) aşağıdakı ünvana göndərilməlidir.


Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Hüseynqulu İsmayılov, Satınalma üzrə mütəxəssis
Xocalı pr. 55, AZ1025, Bakı, Azərbaycan
Tel: (+99412) 4644156
Faks: (+99412) 4644157
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
İnternet səhifə: www.iswm.az

 
BMTVİ Layihəsi üzrə Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb PDF faylını al Çap E-poçt

Yanvarın 10-da Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davamı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Əlavə Maliyyələşdirmə Sazişi imzalanıb. Sənədi İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Dünya Bankının ölkə menceri Larisa Leşenko imzalamışlar.

2014-2016-cı illəri əhatə edən Əlavə Maliyyələşdirməyə dair Saziş çərçivəsində Balaxanı poliqonunun növbəti 20 il müddətinə istismarı məqsədilə beynəlxalq standartlara müvafiq qaydada tam reabilitasiyası, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarəçiliyi üzrə milli strategiya sənədinin qısa, orta və uzun müddətli tədbirlər planı layihələrinin hazırlanması, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, regional tullantı poliqonlarının və otürücü məntəqələrin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı"na əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" həyata keçirilir. Layihənin əsas məqsədi Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarəçiliyi sisteminin təkmilləşdirilməsi, mövcud tullantı poliqonlarında ekoloji vəziyyətin yaxşılaşdırılması, əməliyyat, idarəetmə və kommunikasiya sahələrinin inkişaf etdirilməsi, tullantıların toplanması xidmətinin əhatə dairəsinin genişləndirilməsi, effektiv və davamlı sistemə əsaslanan bərk məişət tullantılarının vahid idarəçiliyi sisteminin təmin edilməsidir. 2009-cu ildən etibarən həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində 40 iri qeyri-qanuni tullantı sahəsi təmizlənərək təqribən 500 min ton tullantı Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmış, Bakı şəhərinin 6 rayonu (Sabunçu, Suraxanı, Qaradağ, Pirallahı, Xəzər və Binəqədi) üçün müxtəlif həcmli 3239 ədəd tullantı konteyneri və 29 ədəd tullantı maşınları alınmış, Balaxanı poliqonu müvafiq texnika və avadanlıqlarla təchiz edilmiş, Qaradağ və Suraxanı poliqonlarının reabilitasiyası üzrə işlərə başlanmışdır. Həmçinin, Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik strategiya layihəsi və toplama sisteminin təkmilləşdirilməsi planı hazırlanmış, ölkədə bərk məişət tullantılarının idarəçiliyi üzrə ilkin araşdırmalar aparılmışdır.

 

 
Tullantıların daşınması üçün yük maşınlarının satınalınmasına dair Tender müsabiqəsinin nəticələri PDF faylını al Çap E-poçt

BMT nəticəsində qalib gələn şirkətlərə dair məlumat
Layihənin adı: Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Ölkə: Azərbaycan Respublikası
Layihənin nömrəsi: P110679

Sifarişin/Müqavilənin nömrəsi: Tullantıların daşınması üçün yük maşınları / G-2
Müqavilənin mövzusu: Tullantıların daşınması üçün yük maşınlarının satınalınması
Müqavilənin müddəti: 5 ay
Qiymətləndirmə məzənnəsi: AZN

Qalib gəlmiş iddiaçı(lar) 

Adı: Hidro-Mak Makina Otomotiv Sanayi Ithalat Ihracat ve Paz Ltd
Ünvanı: Cevizlik Mah., Muhtar Halit Kral sk., Sekizler Apt. no: 26/9, Bakirkoy, Istanbul, Türkiyə
Tender açılışında təklif edilmiş qiymət: 2,864,910.00 avro
Dəyərləndirilmiş tender qiyməti: 2,864,910.00 avro
Müqavilənin qiyməti: 2,864,910.00 avro

Qiymətləndirilmiş iddiaçı(lar)
Yoxdur

İmtina olunmuş iddiaçı(lar)

Adı: MECOMAr S.A
Ünvanı: Morokko
Tender açılışında təklif edilmiş qiymət: 3,149,888.00 avro
İmtinanın səbəbləri: Uyğun deyil

Adı: ASIA Motors
Ünvanı: Çin
Tender açılışında təklif edilmiş qiymət: 3.422.000.00 ABŞ dolları
İmtinanın səbəbləri: Uyğun deyil

Adı: Gəncə Avtomobil Zavodu
Ünvanı: Azərbaycan
Tender açılışında təklif edilmiş qiymət: 3,944,000.00 ABŞ dolları
İmtinanın səbəbləri: Təklif təminatının şərtlərinə uyğun deyil

Adı: Improtex Trucks and Busses
Ünvanı: Azərbaycan
Tender açılışında təklif edilmiş qiymət: 2.584.625.00 avro
İmtinanın səbəbləri: Uyğun deyil

Adı: Grand Motors
Ünvanı: Azərbaycan
Tender açılışında təklif edilmiş qiymət: 4.002.000.00 ABŞ dolları
İmtinanın səbəbləri: Uyğun deyil

 
Bakı şəhəri üçün tullantıdaşıyan maşınlar alınıb PDF faylını al Çap E-poçt

İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin, eləcə də 6 rayonun (Binəqədi, Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Pirallahı) texniki təchizatının yaxşılaşdırılması məqsədilə tullantıdaşıyan maşınlar alınmışdır.

Bu məqsədlə keçirilmiş beynəlxalq tender müsabiqəsinin qalibi Türkiyənin "Hidro-Mak" şirkəti ilə müqavilə imzalanmış, Türkiyədə istehsal olunmuş və həcmi 16m³ olan Ford markalı 29 ədəd tullantıdaşıyan maşın Bakıya gətirilmişdir.

Layihə çərçivəsində alınmış tullantıdaşıyan maşınların 5-i Binəqədi rayonu, 2-si Qaradağ rayonu, 8-i Xəzər rayonu, 6-sı Sabunçu rayonu, 7-si Suraxanı rayonu və 1-i Pirallahı rayonu üçün ayrılmış və müvafiq rayon icra hakimiyyətlərinə təhvil verilmişdir.

 
Mülki mühəndis vəzifəsinə İş elanı PDF faylını al Çap E-poçt

Vəzifə: Mülki mühəndis

Layihə/İdarə: İqtisadi İnkişaf Nazirliyinin nəzdində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi (BMTVİ)

Layihə İdarəetmə Qrupu:
Layihə İdarəetmə Qrupu (LİQ) sənədlərin yoxlanılması, təsdiqlənməsi və  təkmilləşdirilməsi, satınalma və maliyyə idarəçiliyi, məsləhətçilərin (xarici və yerli) idarə edilməsi, layihənin vaxtında və müəyyən olunmuş büdcəyə müvafiq olaraq icrası ilə məhdudlaşmayan işlər daxil olmaqla layihənin həyata keçirilməsini idarə edir.

Vəzifə və tapşırıqlar:

Mülki mühəndis - məsləhətçinin vəzifələri aşağıdakılardır:

• Satınalma üzrə mütəxəssisi və layihə əlaqələndiricisi ilə birgə tikinti və bərpa işlərinin satınalınması üzrə LİQ-a xüsusi yardım göstərmək;
• Bərpa və tikinti işləri (dizayn smetası, texniki nəzarət, birbaşa bərpa və tikinti işləri) barədə bildirişlərin nəşrini təşkil etmək;
• Dizayn smetasının hazırlanması prosesində məsləhətçi şirkətə yardım göstərmək;
• Bərpa və tikinti işləri üzrə texniki nəzarət işlərini təşkil etmək;
• Tender/müsabiqə mərhələsinin yazışması (məktublar, müqavilələr, şərhlər və s.) ilə bağlı bütün sənədləri hazırlamaq; 
• Ehtiyac olduğu təqdirdə, tenderdən öncə görüşləri planlaşdırmaq və keçirmək;
• Bərpa və tikinti işləri üzrə müqavilələrin idarə olunmasında satınalma üzrə mütəxəssisə yardım göstərmək, müqavilələrin icrasını nəzarət altında saxlamaq, bərpa işlərinin real vəziyyətini yerindəcə araşdırmaq və nəticələri LİQ-in rəhbərliyinə məruzə etmək;
• Bərpa və tikinti işləri üzrə müqavilələrin icrası zamanı LİQ-a gələn sənədlərin ekspertizasını təmin etmək və lazımi tədbirləri müəyyənləşdirmək;
• Bərpa və tikinti işləri üzrə müvafiq arxiv və fayl sistemi tərtib etmək;
• LİQ Direktoru tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

• Mülki/inşaat mühəndislik və ya memarlıq kimi müvafiq sahələr üzrə ali təhsil;
• Layihə nəzarəti daxil olmaqla, tikinti və ya təmir / bərpa işləri üzrə ən azı (3) illik peşəkar təcrübə; 
• Planlaşdırma, sənədlərin hazırlanması və bərpa və tikinti işlərinin əlaqələndirilməsi üzrə təcrübə;
• Qabaqcıl kompüter (PC) bacarıqlarına, o cümlədən ofis və müvafiq mülki mühəndislik və/və ya memarlıq  proqramlarının biliyinə malik olanlara üstünlük verilir. 

Namizədlər tərcümeyi-hallarını aşağıdakı ünvana göndərməlidirlər:
Xocalı Prospekti 55, Bakı AZ1025, Azərbaycan
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Müraciət üçün son tarix: 5 noyabr 2013-cü il

Qeyd:
• Göndərilən e-mailin başlığında iş elanının adı qeyd edilməlidir.
• Ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 
«BaşlamaqƏvvəlki12345678910NövbətiAxırıncı»

Səhifə 5 > 17

2010-2018 Copyright ISWM, Azerbaijan. Support: NetSoft