Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

Berk Meishet Tullantilarinin Vahid Idareciliyi Layihesi
Tullantıların idarə olunması sahəsində təhsil imkanları genişləndirilir PDF faylını al Çap E-poçt

kamal and faigNorthampton Universiteti Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Anlaşma Memorandumunun imzalanmaqla beynəlxalq əməkdaşlığını daha da inkişaf etmişdir.

Northampton Universitetinin rektor müavini Nik Petford 24 mart 2014-cü il tarixində AzMİU rektoru Professor Gülçöhrə Məmmədova ilə işçi sənədini imzalamışdır. İki universitet tələbə mübadiləsi üzrə əməkdaşlığı formalaşdırır və bu əməkdaşlıq həmçinin biliklərin ötürülməsi fəaliyyətləri və birgə tədqiqat imkanlarına təkan verəcəkdir.

Tullantıların davamlı idarə edilməsi üzrə beynəlxalq aləmdə Mütərəqqi Mərkəz kimi tanınan Northampton Universiteti əməkdaşlığa rəhbərlik edir və AzMİU özünün Mütərəqqi Mərkəzinin yaradılması üçün Northamton Universitetinin yolu ilə getmək arzusundadır. Hər iki Universitet arasında əməkdaşlıq edilməsi təşəbbüsü bu yaxınlarda Northampton Universitetinin məzunu olan və İqtisadiyyat və Sənaye Nazirliyinin Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsində ətraf mühit və tullantıların idarəedilməsi üzrə mütəxəssis vəzifəsində çalışan Faiq Sadıqova məxsusdur. Faiq Sadıqov Northampton Universitetini bitirən ilk Azərbaycanlı tələbədir və o Azərbaycanın tullantılar üzrə ilk strategiyanın yazılmasında mühüm rol oynamışdır. 

Memorandumun imzalanmasına AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, professor Fəqan Əliyev (Mühəndislik kafedrasının müdiri) və Arif Nəcimov (xarici proqramlar şöbəsi), Northampton Universiteti tərəfindən Ruth Kopeland-Filips (Elm və Texnologiyalar Kafedrası) şahidlik etmişlər. 

Northampton Universiteti tələbələr üçün qlobal təcrülərin əldə edilməsi üçün beynəlxalq əməkdaşlıq üzrə etibarlı tərəf sayılır.

 

http://www.northampton.ac.uk/news/university-of-northampton-furthers-international-reach-by-signing-memorandum-of-understanding-with-azerbaijan-university-of-architecture-and-construction

 
Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydası PDF faylını al Çap E-poçt

«Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydası» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 12 avqust tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmişdir.


Tam mətnini yükləmək üçün buraya tıklayın

 
Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu PDF faylını al Çap E-poçt

Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir.

Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.


Tam mətnini yükləmək üçün buraya tıklayın 

 
Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı PDF faylını al Çap E-poçt

Bakı şəhərində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Tam mətnini yükləmək üçün buraya tıklayın

 
Balaxanı poliqonunun bərpası PDF faylını al Çap E-poçt

Təkliflər üçün Dəvətnamə (TÜD)

Azərbaycan Respublikası
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Kredit № 8274-AZ
Balaxanı poliqonunun bərpası
W-2

1. Bu layihə ilə əlaqədar təkliflər üçün dəvətnamə 06 fevral 2014-cü il tarixində UNDB online internet səhifəsində dərc olunan Ümumi Satınalma Bildirişinə əsaslanır.

2. Azərbaycan Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə əlavə maliyyələşmə almış və bu kredit vəsaitinin bir hissəsini Balaxanı poliqonunda yeni hücrələrin yaradılması və bərpası işlərinin satınalınması müqaviləsindən irəli gələn ödənişlərə: Perimetr üzrə bəndlərin çəkilməsi və hissələrə bölünməsi, tullantıların dinamik kipləşdirilməsi, qatların hamarlanması, aşağı ərazidə yeni poliqon hücrələrinin yaradılması, qaz, hava və suyu keçirməyən süni qatlar daxil olmaqla qazların və suların (o cümlədən çirkab suların) toplanması/ zərərsizləşdirilməsi üzrə örtük sisteminin quraşdırılması; mexaniki və elektrik qurğular vasitəsilə çirkab sularının toplanması sistemi; bütün zəruri olan daxili yolların tikintisi; daşqından mühafizə işləri; digər zəruri olan əlavə işlər (bioqaz quyuları, su toplanması arxları, hasarlar, darvazalar və s); son qatların ot və yaşıllıqlarla örtülməsi və landşaft işlərinə tətbiq etmək niyyətindədir.

3. İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində olan Layihə İdarəetmə Qrupu (LİQ) münasib və ixtisaslı iddiaçıları Balaxanı poliqonunun bərpası üçün möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir. Müqavilənin müddəti 24 aydır.

4. Tender Dünya Bankının (yanvar 2011-ci ildə qəbul olunmuş) BYİB və BİA kreditlərinin satınalınması üzrə Təlimatlarında göstərilən Beynəlxalq Rəqabətli Tender Müsabiqəsi (BRTM) Prosedurlarına əsasən keçiriləcəkdir və Təlimatlara uyğun olaraq müvafiq mənbə ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.

5. Maraqlanan iddiaçılar əlavə məlumatı Layihə İdarəetmə Qrupunun Satınalma üzrə Mütəxəssisi Hüseynqulu İsmayılovdan Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. əldə edə bilər və tender sənədlərini aşağıda göstərilən ünvanda Bakı vaxtı ilə saat 9.00-dan 18.00-a kimi yoxlaya bilərlər.

6. Maraqlanan iddiaçılar tender sənədlərinin İngilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana yazılı şəkildə məktub təqdim etməklə və geri qaytarılmayan 250 AZN və ya 300 ABŞ dolları dəyərindəki məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit və ya İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin aşağıda göstərilən hesabına köçürmə yolu ilə həyata keçirilə bilər. Tender Sənədləri kuryer xidməti vasitəsilə göndəriləcəkdir.

ABŞ DOLLARI HESABI  AZN HESABI
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi
VÖEN 1700012751 VÖEN 1700012751
Hesab №: 33318018401100442120USD Hesab №: 33308019441100442120AZN
Azərbaycan Beynəlxalq Bankının Bakı Filialı Azərbaycan Beynəlxalq Bankının Bakı Filialı
Bank kodu (BIC): 805250 Bank kodu (BIC): 805250
Müxbir hesab: 0137010002944 Müxbir hesab: 0137010002944
SWIFT: IBAZAZ2X SWIFT: IBAZAZ2X

 

7. Təkliflər 30 iyun 2014-cü il Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilmir. Gecikmiş Təkliflər qəbul olunmayacaqdır. Təkliflər aşağıda göstərilən ünvanda, 30 iyun 2014-cü il Bakı vaxtı ilə saat 15.00-da keçiriləcək açılış mərasimində şəxsən iştirak etmək arzusunda olan iddiaçıların iştirakı ilə açılacaqdır. Bütün təkliflər 700,000 ABŞ Dolları və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən valyuta ilə ifadə olunmuş məbləğdə Təklif Təminatı ilə birlikdə təqdim edilməlidir.

8. Ünvan:
Layihə İdarəetmə Qrupu
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
İqtisadiyyat və Sənaye Nazirliyi
Hüseynqulu İsmayılov, Satınalma üzrə Mütəxəssis və Hidayət Abdullayev – Direktor Müavini
Xocalı prospekti 55, AZ1025
Bakı, Azərbaycan Respublikası
Faks: (99412) 464 4157 Tel: (99412) 464 4156`
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ; Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Veb-səhifə: www.iswm.az

 
«BaşlamaqƏvvəlki12345678910NövbətiAxırıncı»

Səhifə 4 > 17

2010-2018 Copyright ISWM, Azerbaijan. Support: NetSoft