Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

contacts_white

TEL: 464 41 56

FAX: 464 41 57

office@iswm.az; www.iswm.az

AZ1025, Bakı, Azərbaycan, Xocalı prospekti 55, AĞA İş Mərkəzi

BMTI Haqqında
Bərk məişət tullantıları əsasən məişətdə yaranan tullantılardan ibarətdir və bəzən məişətdə yaranan kommersiya tullantıları da bura aid edilir. Bunlar, ümumiyyətlə, təhlükəli sənaye tullantıları istisna olmaqla, bərk və yarım-bərk xarakterli tullantılardır. Qalıq tullantılar çeşidlənməyən və yenidən emal olunmayan məişət xarakterli materialların əsasında yaranır.   

Bərk məişət tullantılarının tərkibi: ərzaq tullantıları, kağız, karton, plastik, tekstil, dəri, həyət-bağ tullantıları, taxta, şüşə, metal, kül; təhlükəli məişət tullantıları: dərmanlar, boyalar, kimyəvi maddələr, işıq və fluoresyent lampaları, aerozol balonları, gübrə və pestisid qabları, batareyalar, ayaqqabı mazı; xüsusi tullantılar (məsələn: iri həcmli tullantılar, məişət elektronikası, yağlar, şinlər).   

Bərk məişət tullantılarının dövriyyəsi: 
  • - Tullantıların yaranması;
  • - Tullantıların işlənməsi, mənbədə çeşidlənməsi, saxlanması və emalı;
  • - Tullantıların toplanması;
  • - Tullantıların çeşidlənməsi və  təkrar emalı;
  • - Tullantıların daşınması;
  • - Enerji istehsalı;
  • - Tullantıların utilizasiyası.
Tullantıların yaranması 
Tullantıların yaranması mərhələsi əşyaların artıq istifadə üçün yaramaması və atılması, yaxud  utilizasiya üçün yığılmasını ehtiva edir.   

Tullantıların işlənməsi, çeşidlənməsi, saxlanması və emalı 
Tullantıların işlənməsi və çeşidlənməsi tullantılar toplanmaq üçün konteynerlərə yerləşdirilənə qədər onların idarəçiliyi ilə əlaqədar fəaliyyəti nəzərdə tutur. Bu həmçinin yüklənmiş konteynerlərin toplanma məntəqələrinə hərəkətini də əhatə edir. Tullantıların idarəçiliyi və saxlanılmasında tullantı komponentlərinin çeşidlənməsi mühüm mərhələdir.   

Tullantıların toplanması 
Tullantıların toplanması mərhələsi bərk tullantıların və təkrar emal materialların toplanması ilə yanaşı, həmçinin toplandıqdan sonra bu materialların nəqliyyat vasitəsilə boşaltma məntəqələrinə nəqlindən ibarətdir. Bu cür məntəqələr kimi materialların emalı müəssisəsi, ötürücü stansiya, yaxud yerləşdirmə poliqonu çıxış edə bilər.   

Tullantıların çeşidlənməsi və təkrar emalı 
Mənbəyində çeşidlənmiş tullantı materiallarının bərpası üçün hal-hazırda istifadə olunan üsul və vasitələrə küçələrdəki konteynerlərdən tullantıların toplanması, boşaldılması və onların qəbul etmə məntəqələri tərəfindən alınması aiddir. Mənbəyində çeşidlənmiş tullantıların təkrar çeşidlənməsi və emalı və qarışıq tullantıların çeşidlənməsi adətən tullantıların emalı müəssisələrində, ötürücü və yerləşdirmə məntəqələrində yandırma avadanlıqlarında, gerçəkləşdirilir.   

Tullantıların daşınması 
Bu mərhələ iki hissədən ibarətdir: (i) tullantıların kiçik toplayıcı vasitələrdən böyük daşıma vasitələrinə ötürülməsi; (ii) daha sonra, tullantıların adətən uzaq məsafələrdə yerləşən emal və utilizasiya məntəqələrinə daşınması.   

Enerji istehsalı 
Bərk məişət tullantıları enerji istehsalı üçün istifadə oluna bilər. Daha təmiz və sərfəli üsulla bərk məişət tullantılarının emalından enerji əldə olunması üçün poliqondan yayılan qazların tutulub saxlanması, tullantıların yandırılması, yüksək temperaturda qızdırılaraq tərkib hissələrinə parçalanması və qazlaşdırılması kimi bir sıra texnologiyalar inkişaf etdirilmişdir. Köhnə yandırma zavodları ətrafa külli miqdarda zərərli maddə buraxdıqları halda, müasir dəyişilmiş qaydalar və yeni texnologiyalar bunu əhəmiyyətli dərəcədə azaltmışdır. Nümunə üçün,  ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin 1995 və 2000-ci illərdə Təmiz Hava Aksiyasına uyğun olaraq qəbul etdiyi direktivlər əsasında tullantıların yandırılması zavodundan yayılan dioksinlərin emissiyasının 1990-cı ilə nəzərən 99% və civə emissiyasının 90% azaldılmasına nail olunmuşdur. Agentlik bu inkişafa əsaslanaraq 2003-cü ildə elan etmişdir ki, tullantıların yandırılması zavodu enerji mənbəyi kimi, “enerjinin digər mənbələrinin ətraf mühitə göstərdiyi təsirdən daha az zərərlidir”.   

Tullantıların utilizasiyası 
Hal-hazırda həm toplanıb birbaşa poliqon ərazilərinə daşınan məişət tullantılarının, müəssisələrdə emal olunan materialların qalıqlarının, yandırılmış tullantıların, qarışıqların qalıqlarının, həm də müxtəlif bərk tullantıların emalından yaranan maddələrin son utilizasiyası kimi basdırılması ən son metoddur. Müasir sanitariya poliqonları tullantıxana deyil; bu, sağlamlıq və ətraf mühit üçün təhlükə və fəsadlar törətmədən, zərərli qarışıqlar və maddələri yaymadan, qrunt sularını çirkləndirmədən torpaq üzərində bərk tullantıların utilizasiyası müəssisəsidir.   

Bərk tullantılarla əlaqədar problem geniş yayılmışdır. Yalnız ABŞ-da 2008-ci ildə 250 milyon tona yaxın bərk tullantı əmələ gəlmişdir. Ətraf mühitin həddindən çox çirklənməsinə səbəb olan bərk tullantıların idarə edilməsi dünyanın hər yerində həmişə xroniki problem olmuşdur. Nəzarət olunmadan ümumi metod kimi tullantıların basdırılması və yandırılması torpağın, suyun və havanın çirklənməsi kimi problemlərə gətirib çıxarmışdır. Bu metodlar qanunla qadağan edilməsinə və onların mənfi nəticələrinin yaxşı bilinməsinə baxmayaraq, hal-hazırda qanunun, maliyyə tədbirlərinin və məlumatlandırmanın zəif tətbiq olunduğu kənd və bəzi şəhər ərazilərində hələ də tətbiq olunurlar.   

Problemin yeganə həlli yolu bərk tullantıların effektli idarəçiliyi sisteminin tətbiq olunmasıdır. Bərk tullantıların idarəçiliyi siyasəti prinsiplərin ierarxiyasına asaslanır: utilizasiyasından da ən yaxşı üsul tullantıların əmələ gəlməsinin qarşısını almaqdır.
 

2010-2017 Copyright ISWM, Azerbaijan. Support: NetSoft